Arxiv
22 Sentyabr 2021, 21:12 | AKTUAL
Ombudsman Aparatının əməkdaşları şəhid ailələrini ziyarət etdilər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsman Aparatının Gəncə Regional Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş Məmmədov Vüsal Elşən oğlunun ailəsini ziyarət edib, şəhidin keçdiyi şərəfli döyüş yolu və nümunəvi gənc kimi cəmiyyətin rəğbətini qazandığını vurğulayıblar.

 

Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə qazilərinə, onların hüquqlarının təmin olunmasına Ombudsman təsisatı tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Müvəkkilin bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətini qeyd edib. Regional Mərkəzin əməkdaşları Gəncə şəhərində Vətən müharibəsi şəhidi Rəşad Ələkbərovun xatirəsinə inşa edilmiş bulağın, həmçinin şəhid Ayxan Musayevin doğum günü münasibətilə inşa edilmiş bulağın açılış mərasimlərində iştirak ediblər.

 

Regional Mərkəzin əməkdaşları Gəncə şəhərindən olan şəhidlər Əliyev Cavid Samir oğlunun və Əliyev Şöhrət Canbulat oğlunun ailələri ilə görüşərək, onlara Müvəkkil xanım Səbinə Əliyevanın baş sağlığını bir daha çatdıraraq, şəhidlərin keçdikləri şərəfli döyüş yollarını dərin ehtiramla yad ediblər.

 

Cəlilabad rayonunun Soltankənd kəndində Vətən müharibəsi şəhidi Əzizov İbrahim Şaməddin oğlunun əziz xatirəsinə inşa edilən bulağın açılışı olub.

 

Açılış mərasimində şəhidin doğmaları, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman idarəsinin rəsmiləri, qazilər və kənd sakinləri iştirak ediblər. Qəhrəman şəhid İbrahim Əzizov həqiqi hərbi xidmət zamanı tank sürücüsü kimi yüksək xidmət göstərib. Vətən müharibəsində xüsusi rəşadət göstərərək Füzulidən Şuşayadək döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olmuşdur. Şəhid İbrahim Əzizov cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov şəhidin evində valideynləri və ailə üzvləri ilə görüşərək, Ombudsman xanım Səbinə Əliyevanın adından onlara başsağlığı verib. Z.İsmayılov görüş zamanı diqqətə çatdırıb ki, Müvəkkil mütəmadi olaraq şəhid ailələri və qazilərə baş çəkir, onların qaldırdıqları məsələlərlə daim maraqlanır.

 

Şəhid ailələrinə göstərilən diqqəti, qayğını və vətəndaşlarımızın hüquqlarının bərpası istiqamətində Ombudsman təsisatının fəaliyyətini təqdir edən şəhidlərin valideynləri Müvəkkil xanım Səbinə Əliyevaya təşəkkürlərini bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Almaniyanın yeni kansleri seçildi 8 Dekabr 2021, 13:50 Türkiyədə ölən NİDA-çı ilə bağlı qərar verildi 8 Dekabr 2021, 13:45 Baş Qərargah rəisinin içərisində olduğu helikopter qəzaya uğradı 8 Dekabr 2021, 13:39 Qazilərə göstərilən tibbi xidmətlərin SAYI 8 Dekabr 2021, 13:34 Heydər Əliyev Mərkəzində sərgi açılacaq 8 Dekabr 2021, 13:29 “YAŞAT”ın balansında 15 milyon manat var 8 Dekabr 2021, 13:24 Nazirlikdən hava XƏBƏRDARLIĞI 8 Dekabr 2021, 13:20 UEFA “Qarabağ”ı ilk “10-luğ”a daxil etdi 8 Dekabr 2021, 13:16 “Yalana bulaşmayan bir alim itirdik” - Ziyalılar Aydın Balayevin ölümündən SARSILIB 8 Dekabr 2021, 13:12 Sabah Bakıya yağış, rayonlara qar YAĞACAQ 8 Dekabr 2021, 13:09 Şəhid övladları Türkiyədə təhsil ala biləcəklər - Proqram HAZIRLANIR   8 Dekabr 2021, 13:06 ““Yaşat”a 1 gündə 1 milyon manat ianə topladıq” 8 Dekabr 2021, 13:02 Prezidentin qızı həyat yoldaşı ilə “Tarqovu”da keçirilən xeyriyyə yarmarkasına qatıldı - FOTOLAR 8 Dekabr 2021, 12:58 Nazirlər üçtərəfli bəyanatların icrasını müzakirə etdilər 8 Dekabr 2021, 12:54 20 min şəhid ailəsinə ödənişlər olunub - Sahil Babayev 8 Dekabr 2021, 12:48 Daha bir ölkə Pekin-2022-ni boykot elan etdi 8 Dekabr 2021, 12:45 “YAŞAT”a 65 milyon manat İANƏ EDİLİB 8 Dekabr 2021, 12:42 “ASAN Xidmət”də işlə təmin olunan şəhid ailələrinin SAYI 8 Dekabr 2021, 12:36 Seyran Ohanyanın əmlakına həbs qoyuldu 8 Dekabr 2021, 12:33 Minaların təmizlənməsi üçün ölkəyə gətirilən mallar vergidən azad olunur 8 Dekabr 2021, 12:30 “YAŞAT” Fondu hesabat verdi - 1 ildə toplanan vəsait hara XƏRCLƏNİB 8 Dekabr 2021, 12:28 Nazir müavini Soçi razılaşmadan DANIŞDI 8 Dekabr 2021, 12:23 XİN-də işləmək istyənlər üçün sınaq İMTAHANI 8 Dekabr 2021, 12:20 Xocavənddə əsir düşən diversantlar İrəvanda danışdılar: “Bizim 62 nəfərlik qrupu “Yaşma”nın 7-8 əsgəri saxladı” 8 Dekabr 2021, 12:15 İcmal büdcənin gəlirləri və xərcləri dəqiqləşdirilir 8 Dekabr 2021, 12:12 Qələbəmiz Azərbaycan dilinin Cənubi Qafqazda nüfuzunu ARTIRIR 8 Dekabr 2021, 12:09 Manatın ucuzlaşması gözlənilir? - Rəsmi cavab 8 Dekabr 2021, 12:04 Salyanın bu kəndinin elektrik şəbəkəsi tam yenilənir - VİDEO 8 Dekabr 2021, 12:00 Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərlə bağlı araşdırmalar aparılır 8 Dekabr 2021, 11:55 Azərbaycan nefti 3 dollardan çox bahalaşdı 8 Dekabr 2021, 11:50 “Bizim istinad etdiyimiz məlumatların hamısı sübutlar əsasındadır” 8 Dekabr 2021, 11:47 Fərid Mansurov Akademiyaya prorektor TƏYİN OLUNDU 8 Dekabr 2021, 11:44 Azərbaycan Ermənistana qarşı yeni iddialar qaldıracaq 8 Dekabr 2021, 11:40 Nazir müavini Azərbaycanda saxlanılan erməni əsirlərdən DANIŞDI 8 Dekabr 2021, 11:35 “Ermənistan mina xəritələri ilə bağlı qeyri-səmimi mövqedən çıxış edir” - Elnur Məmmədov 8 Dekabr 2021, 11:33
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?