Modern.az

Sabiq bələdiyyə sədrinin torpaq MAXİNASİYASI

Sabiq bələdiyyə sədrinin torpaq MAXİNASİYASI

11 Oktyabr 2021, 16:06

Cəlilabad rayonu, Muğan bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı  ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

 

Cəlilabad Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırmalarla bələdiyyənin sabiq sədri Aygün Məlikovanın öz qulluq mövqeyindən istifadə etməklə 2020-ci ilin yanvar-dekabr ayları ərzində bələdiyyə mülkiyyətinə aid 62 hektar ərazisi olan torpaq sahəsini qanunsuz yolla ayrı-ayrı şəxslərin icarəsinə verməsi müəyyənləşib. Həmçinin, dövlət büdcəsindən bələdiyyəyə ayrılmış 4070 manat vəsaiti şəxsi ehtiyaclarına xərcləməsi, bundan başqa, daha əvvəl həmin vəzifədə işləmiş Rasif Həsənov tərəfindən özünə 2240 manat məbləğində artıq əmək haqqı yazılması nəticəsində ümumilikdə 6310 manat məbləğində bələdiyyə büdcəsinə ziyan vurulmasına dair əsaslı şübhələr yaranıb.

 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

 

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir