Arxiv
12 Oktyabr 2021, 10:00 | ÖLKƏ
Dindarlar niyə susur - DEPUTATDAN SƏRT TƏNQİD

İranın müxtəlif dairələrinin təxribatı ucbatından ölkəmizlə xeyli müddətdir davam edən gərginlik yenə cənub qonşumuzun artan təxribatları sayəsində gündən-günə pisləşməkdə davam edir.

 

Siyasi müstəvidə İran təxribatlarına ciddi cavablar verilsə də, təəssüf ki, dini müstəvidə heç bir irad bildirilmir.

 

Halbuki Azərbaycana qarşı təxribat ilkin olaraq dini müstəvidə edildi.

 

Azərbaycanla eyni dinə mənsub olan İran dövlətinin bu cür düşmənçiliyi din xadimləri tərəfindən tənqid edilməli olduğu halda bu cəbhədə sakitlik hökm sürür.

 

Doğrudanmı baş verənlərin azərbaycandakı dindarlara heç bir dəxli yoxdur? Əslində onlar susmaqla az qala Azərbaycana qarşı olan təxribatlara dəstək vermiş olurlar.

 

 

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü Cavid Osmanov Azərbaycana qarşı təxribatı İranın kiçik bir əyalət mollasının başlatdığını xatırladıb. Deputat hesab edir ki, İranın addımları vəziyyətin süni şəkildə gərginləşdirilməsinə istiqamətlənir: "Cənub qonşumuzun qərəzli və böhtan xarakterli bəyanatlarla Azərbaycana qarşı çıxması ölkə ictimaiyyətində haqlı narazılıqlara səbəb olub. Sözsüz ki, İranın bu mövqeyi qəbuledilməzdir. İran bilməlidir ki, Azərbaycan uzun illərdir, Prezident İlham Əliyevin başçılığı ilə müstəqil siyasət yürüdür. Bölgə ölkələrinə, eyni zamanda dünyanın bütün ölkələrinə qarşı xoş münasibətləri davam etdirir. Xüsusilə, bölgə ölkələri ilə Azərbaycanın qurduğu əməkdaşlıq, dostluq və qonşuluq münasibətləri fonunda eyni yanaşma görən İranın din birliyinə kölgə salması anlaşılan deyil. Azərbaycanda ictimai-siyasi xadimlər, politoloqlar və aktiv şəxslər, sadə vətəndaşlar İranın qərəzli mövqeyinə cavab verməkdədir.

 

Bu, belə də olmalıdır. Çünki ölkəmizə yönələn qərəzli çıxışlar, ittihamlar cəmiyyət tərəfindən pis qarşılanır və bu siyasəti yürüdənlərə layiqli cavab verilir. Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxladığı müddətdə məscidlərimizi dağıdıb, donuz və s. heyvanları orada saxlayaraq, İslam dinini təhqir etdiyi halda, İran bu ölkə ilə münasibətlərini qardaşlıq səviyyəsinə çatdırıb. Bütün bunların fonunda azərbaycanlı din xadimlərinin İranın qərəzli mövqeyinə tutarlı cavab verməmələri məndə təəccüb doğurur. İrandakı bəzi əyalət mollaları və din nümayəndələrinin ölkəmizə qarşı addımları bizim din xadimləri tərəfindən tutarlı cavablandırılmalı idi.

 

Onlar İslam dəyərlərini rəhbər tutaraq, molla rejiminin qarşısına faktlar qoymalıdırlar. Həmin qərəzli mövqe sərgiləyən mollalar yerində otuzdurulmalıdır. İndiyə qədər belə tutarlı addıma rast gəlməmişik. Yaxşı olar ki, din xadimlərimiz qabaqcıl mövqe tutub, dövlətçilik mövqeyindən çıxış etsinlər, Azərbaycana istiqamətlənən mənfi yanaşmalara qətiyyətli cavab versinlər".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda 78 nəfər koronavirusdan öldü 9 Dekabr 2021, 14:36 Tovuz çayı üzərində körpü tikilir 9 Dekabr 2021, 14:32 Azərbaycanda daha bir qadağa LƏĞV OLUNUR 9 Dekabr 2021, 14:28 Xəzər sahilində təyyarə yerə çırpılıb - Xəsarət alanlar var 9 Dekabr 2021, 14:23 Lerikdə dağ-meşə ərazisində yanğın olub 9 Dekabr 2021, 14:20 Bu jurnalistlərə vahid vəsiqə veriləcək 9 Dekabr 2021, 14:16 Bəzi jurnalistlərə güzəşt və imtiyazlar veriləcək 9 Dekabr 2021, 14:12 Dövlət Komitəsində britaniyalı analitiklərlə GÖRÜŞ 9 Dekabr 2021, 14:08 Mərkəzi Bank banklara vaxt verdi  9 Dekabr 2021, 14:05 Bir ildə 189 vətəndaşımız minaya düşüb - RƏSMİ 9 Dekabr 2021, 14:03 Almaniyanın "İşıqfor hökuməti” nə vəd edir? - ŞƏRH 9 Dekabr 2021, 14:00 Aşıq Ələsgərin nəvəsi - Metrostansiyalardan birinə babamın adı verilsin! 9 Dekabr 2021, 13:58 Onlayn medianın təsisi üçün icazə tələb olunmayacaq 9 Dekabr 2021, 13:54 “Beşiktaş”ın baş məşqçisi istefa verdi 9 Dekabr 2021, 13:50 Media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir 9 Dekabr 2021, 13:47 Şuşadakı mina partlayışı ilə bağlı cinayət işi AÇILDI 9 Dekabr 2021, 13:43 ANAMA Daşaltıda minaya düşən şəxslərlə bağlı məlumat YAYDI 9 Dekabr 2021, 13:40 Misir Mərdanov: “Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...” 9 Dekabr 2021, 13:35 Şuşada məktəb tikintisinə BAŞLANILIR 9 Dekabr 2021, 13:29 İstanbulda Heydər Əliyevin Anım Günü keçirilib 9 Dekabr 2021, 13:24 Ağalı kəndində təhsil distant olacaq - Nazir 9 Dekabr 2021, 13:20 200 şəhid portreti çəkən lerikli rəssam - VİDEO 9 Dekabr 2021, 13:15 Prokuror Rasim Quliyevə 6 il iş istədi 9 Dekabr 2021, 13:12 Sabah Bakıda yağış yağacaq 9 Dekabr 2021, 13:09 Bağlanan Məktəb-Lisey Kompleksi açıldı 9 Dekabr 2021, 13:05 Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni sədri SEÇİLDİ 9 Dekabr 2021, 13:00 Ağdam və Cəbrayılda məktəb layihələndirilməsi aparılır 9 Dekabr 2021, 12:55 Şuşada iki nəfər minaya düşərək həlak oldu 9 Dekabr 2021, 12:50 Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərimizə hücum etdi - FOTOLAR 9 Dekabr 2021, 12:45 Epidemik proses nəzarətdədir - Təyyar Eyvazov 9 Dekabr 2021, 12:40 Putinin yeni PLANI - Moskva hədəfi nəyə hesablayıb? - ŞƏRH 9 Dekabr 2021, 12:36 Rusiyaya saxta COVID-19 pasportu aparmaq istəyən şəxsə cinayət işi açıldı 9 Dekabr 2021, 12:30 Səhiyyə Nazirliyindən “omicron” ştamı ilə bağlı XƏBƏRDARLIQ 9 Dekabr 2021, 12:25 6 ildən sonra cəsədi tapılan neftçinin oğlu: “Sabah dəfn edəcəyik” 9 Dekabr 2021, 12:21 Əhalinin 60 faizdən çoxuna ikinci doza peyvənd vurulub - Baş infeksionist 9 Dekabr 2021, 12:15
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?