Arxiv
20 Oktyabr 2021, 19:04 | MEDİA
Sayt rəhbəri HƏBS EDİLDİ

İstifadələrində olan informasiya resurslarından öz maraqları naminə istifadə etməklə qanunsuz gəlir əldə edən vəzifəli şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

Baş Prokurorluq tərəfindən bu barədə kütləvi informasiya vasitələrinə xəbərdarlıq edilərək, sui-istifadə hallarının qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu bildirilsə də, təəssüf ki, bu növ neqativ hallara hələ də təsadüf edilməkdədir.

 

Belə ki, “cia.az” informasiya portalının rəhbərinin ayrı-ayrı vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

 

İlkin araşdırmalarla “cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlunun həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb edərək almalarına əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, Asəf Novruzov və Məhsud Səfərov həmin məcəllənin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. 

 

İş üzrə həmin şəxslərin xidməti istifadələrində olan sahələrdə və üzərlərində axtarış aparılan zaman müxtəlif məbləğdə pul vəsaitinə dair qeydlər olan dəftərçələr və digər sübut əhəmiyyətli sənədlər aşkar olunaraq götürülüb.

 

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Misir XİN-dən başsağlığı 2 Dekabr 2021, 21:56 Birliyimiz əbədi olmalıdır 2 Dekabr 2021, 21:51 Tofiq Yaqublu prokurorluğa çağırıldı 2 Dekabr 2021, 21:47 Yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlandı 2 Dekabr 2021, 21:40 Sabah bu ərazidə qaz kəsiləcək 2 Dekabr 2021, 21:25 45 milyon insan aclıqla üzləşə BİLƏR 2 Dekabr 2021, 21:11 Ceyhun Bayramov ATƏT-in iclasında iştirak etdi 2 Dekabr 2021, 20:55 Balakəndə karantini pozanlar cərimələndi 2 Dekabr 2021, 20:45 Sərhəd məsələsində Azərbaycanın gözləntisi AÇIQLANDI 2 Dekabr 2021, 20:30 Şirvan sakinlərində narkotik AŞKARLANDI 2 Dekabr 2021, 20:22 "Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var" 2 Dekabr 2021, 20:09 “Brent” nefti ucuzlaşdı 2 Dekabr 2021, 20:07 Suriyada terakt - 10 neftçi öldü 2 Dekabr 2021, 19:55 Mədəniyyətlərarası dialoq forumu gələn il Bakıda keçiriləcək 2 Dekabr 2021, 19:49 "Münaqişə başa çatıb" - Ceyhun Bayramov 2 Dekabr 2021, 19:45 Azərbaycanda sosial müdafiə xərcləri artırılıb 2 Dekabr 2021, 19:42 Britaniya səfiri nazir müavini ilə görüşdü 2 Dekabr 2021, 19:27 Azərbaycandan neft hasilatının artırılmasına RAZILIQ 2 Dekabr 2021, 19:21 Ermənistan 22 muzeyi dağıdıb - Hesabat 2 Dekabr 2021, 19:09 Prezident Mark Şnayeri QƏBUL ETDİ 2 Dekabr 2021, 19:04 Zaur Əliyev bu mərkəzin yeni tərkibini TƏSDİQLƏDİ 2 Dekabr 2021, 19:00 Ermənilərin Qarabağda dağıtdığı ABİDƏLƏR 2 Dekabr 2021, 18:54 Deputat Avronest PA-nın Büro iclasında 2 Dekabr 2021, 18:48 Çavuşoğlu ilə Lavrov GÖRÜŞÜB 2 Dekabr 2021, 18:42 Manatın məzənnəsi sabit qaldı 2 Dekabr 2021, 18:36 Orduda hərbi cinayətlərin sayı azalıb - Rəsmi 2 Dekabr 2021, 18:30 İlham Əliyev Nobel mükafatçısı Aziz Sancarı qəbul edib 2 Dekabr 2021, 18:24 Azay Quliyev Büroda Soçi Bəyanatının mahiyyətini açıqladı 2 Dekabr 2021, 18:18 GUAM-a üzv dövlətlər protokol İMZALADI 2 Dekabr 2021, 18:12 Bakıda 27 narkotacir saxlanıldı - VİDEO 2 Dekabr 2021, 18:06 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə sərhədi MÜZAKİRƏ ETDİ 2 Dekabr 2021, 17:55 BMU-da görüş 2 Dekabr 2021, 17:50 İlin 10 ən yaxşı futbolçusu - SİYAHI 2 Dekabr 2021, 17:45 Vejnəli yatağının fəaliyyətinə icazə verildi 2 Dekabr 2021, 17:40 İki ölkə arasında münasibətlər dərinləşir - Səfir 2 Dekabr 2021, 17:35
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?