Modern.az

Azərbaycanlı deputatın hazırladığı məruzə AŞPA-da müzakirəyə çıxarılacaq

Azərbaycanlı deputatın hazırladığı məruzə AŞPA-da müzakirəyə çıxarılacaq

Təhsil

5 Dekabr 2012, 11:14

Parisdə Avropa Şurası Parlament Assambleyasının komitə iclasları keçirilir. Qurumun Bərabərlik və Qeyri-Diskriminasiya komitəsinin iclasında Cənub-Şərqi Avropada gender bərabərliyi, Qadınlara qarşı zorakılıq, Siyasi partiyalar və qadınların siyasi təmsilçiliyi, Milli azlıqların hüquqları, Gender bərabərliyi: ailə və peşəkar həyatının uzlaşdırılması və digər mövzularda geniş müzakirələr aparılıb, müxtəlif maraqlı təklif və fikirlər səsləndirilib. İclasda ölkəmizi təmsil edən Milli Məclisin üzvü, komitənin Rasizm və Ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova əvvəlcə müzakirə olunan məsələlərlə bağlı münasibət bildirib və ölkəmizdə mövcud olan durum haqqında məlumat verib. Alt komitənin sədri daha sonra «Əmək bazarında yaş ayrı-seçkiliyi problemi barədə» məruzəsini təqdim edib. Məruzədə qeyd olunur ki, müəyyən yaş həddindən yuxarı olan insanlar Avropa əmək bazarında ayrıseçkiliklə qarşılaşırlar. Belə insanlar müəssisələrdə işçilərin ixtisarları zamanı ilk qurbanlara çevrilirlər. Yaş, karyera məsələsində, qulluq prosesində irəliləmə zamanı, həmçinin əmək şəraitində də vacib faktorlardan birini təşkil edir: «İtaliyada aparılan araşdırmalardan belə məlum olur ki, yaşa görə ayrı-seçkilik cinsə görə ayrı-seçkilikdən daha geniş yayılıb. Böyük Britaniyada 2006-2007-ci illərdə məhkəmələrə yaş diskriminasiyasına dair daxil olan 972 şikayət ərizəsinin sayı 2008-2009-cu illərdə 4000-dək artıb. Bu rəqəmlər yaşa görə ayrı-seçkiliyinin nə dərəcədə ciddi bir problem kimi qaldığını ortaya qoyur».

Sahibə Qafarova vurğulayıb ki, hazırda müşahidə olunan iqtisadi böhranla əlaqədar olaraq yaşı 50 və ondan yuxarı olan şəxslər iş yerini itirməkdən əziyyət çəkirlər. Hesabatında müxtəlif istiqamətlərdə ümumilləşdirmələr aparan millət vəkili problemi bu şəkildə təsnifatlaşdırıb: yaş və diskriminasiya müxtəlifliyi, birbaşa və dolayı ayrı-seçkilik, işə qəbul zamanı ayrı-seçkilik, gündəlik işdə ayrı-seçkilik, karyera yüksəlişi zamanı ayrı-seçkilik, ışdən azadedilmə zamanı diskriminasiya, biznes sahibləri ilə vəziyyət və s.

Problemin həlli yolları ilə bağlı məsələlərə də hesabatda geniş yer verən Sahibə Qafrovanın sözlərinə görə, yaşa görə ayrıl-seçkiliklə mübarizədə ən müsbət tədbirlər yaşlılara ehtiyacın olmasını nəzərə alaraq stereotiplərlə mübarizə və münasibətin dəyişdirilməsidir. İşə götürülən zaman müxtəliflik təşviqi, dövlət proqramları və konstruktiv addımlar atılmalıdır. Hesabatda yekun olaraq üzv dövlətlərdə yaşa görə diskriminasiyaya dair tövsiyyələrə yer verilir.

Daha sonra məruzə ətrafında çıxışlar olunub, avropalı parlamentari azərbaycanlı millət vəkilinin məruzəsini yüksək dəyərləndirib, bəzi tövsiyyələr diqqətə çatdırılıb.

Qeyd edək ki, millət vəkili Sahibə Qafarovanın məruzəsi komitədə bir neçə dəfə müzakirə olunduqdan sonra AŞPA sessiyasında müzakirəyə çıxarılacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir