Modern.az

Rövşən Rzayev Maykl Labovitzlə görüşdü

Rövşən Rzayev Maykl Labovitzlə görüşdü

30 Noyabr 2021, 11:20

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cenevrədəki Baş Qərargahının Əməliyyatlar və Fövqəladə Hallar Departamentinin direktoru Cefri Maykl Labovitzlə görüşüb.

 

Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyi, bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğı göstərdiyi diqqətə çatdırlıb.

 

BMT təsisatlarının ölkəmizdəki fəaliyyətindən razılıq ifadə edilib, ötən ilin payızında Ermənistanın işğalına son qoymaqla Azərbaycanın həm də BMqT-nin məlum qətnamələrini icra etdiyi vurğulanıb. Məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllü və ləyaqətlə doğma yurda qayıdışını təmin etmək üçün işğaldan azad edilmiş ərazilərin minalardan və partlayıcı qalıqlardan təmizlənməsinin, Ermənistanın dəqiq mina xəritələrini verməsinin vacibliyi vurğulanıb.

 

Cefri Maykl Labovitz səmimi qəbula görə təşəkkürünü bildirib, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıq imkanlarından söz açıb. BMT ilə birgə layihələr, xüsusən, məcburi köçkünlərin məşğulluğun dəstəklənməsi üzrə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb.

 

Görüşdə BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, BMqT əməkdaşı, layihə koordinatoru - Anar İskəndərov, media işləri üzrə mütəxəssis İlqar Xudiyev iştirak ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü