Modern.az

Voleybol Federasiyasına yeni baş katib təyin olundu

Voleybol Federasiyasına yeni baş katib təyin olundu

Aktual

3 Dekabr 2021, 09:42

Azərbaycan Voleybol Federasiyasının yeni baş katibi bəlli olub.

 

Modern.az-ın məlumatına görə, qurumda bu funksiyanı “Azərreyl”dən istefa verən klubun prezidenti Fərid Xəlilov yerinə yetirəcək.

 

O, növbəti 4 il üçün AVF-nin baş katibi təyin olunub. Xəlilov bu vəzifədə Cəlil Cəfərovu əvəzləyib. “Rabitə”nin sabiq prezidenti federasiyanın yeni vitse-prezidenti seçildiyindən baş katib vəzifəsi boş qalmışdı.

 

Qeyd edək ki, 38 yaşlı Xəlilov 2019-cu ildən “Azərreyl”in prezidenti idi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı