Modern.az

“Zoom”da eyni anda 900 nəfəri işdən çıxardı

“Zoom”da eyni anda 900 nəfəri işdən çıxardı

Dünya

8 Dekabr 2021, 00:43

ABŞ-da ev kreditlərini İnternetdə müştərilərlə birləşdirən “better.com” portalının rəhbəri Vişal Qarq 900-ə yaxın əməkdaşını “Zoom” platformasında keçirilən toplantıya dəvət edib. 

 

Modern.az xəbər verir ki, görüş zamanı Qarq 900 nəfərin hamısını eyni vaxtda işdən çıxarıb.

 

Qarq izah edib ki, komandasının 15 faizinin kütləvi şəkildə işdən çıxarılmasının səbəbləri performans, məhsuldarlıq və bazardakı dəyişiklikdir.

 

“Əgər bu iclasda iştirak edirsinizsə, o zaman işdən çıxarılacaq şanssız insanlar qrupundasınız”, - deyə görüş zamanı o bildirib.

 

Sosial şəbəkələrdə bu hadisənin “soyuqqanlı”, “ağır” və “dəhşətli bir şey” olduğu ilə bağlı şərhlər verilib. Xüsusilə Milad bayramı yaxınlaşdıqca bunun edilməsi sosial media istifadəçilərinin qəzəbinə səbəb olub.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü