Modern.az

70 yaşlı kişi 15 yaşlı qızı qaçırdı

70 yaşlı kişi 15 yaşlı qızı qaçırdı

Təhsil

23 Fevral 2010, 23:47

Türkiyənin Zonquldak vilayətində 70 yaşlı baba öz yaxın qohumu 15 yaşlı litsey şagirdi olan qızı qaçırıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı azğın dədə polis tərəfindən yaxalanıb. 
Adı açıqlanmayan  15 yaşlı B.A-nın atası Sadıq.A polisə müraciət edərək 4 gün öncə məktəbə getmək adı ilə evdən çıxan qızının İstanbulda yaşayan dayısı M.E tərəfindən qaçırıldığını bildirib.  Polis hərəkətə keçərək İstanbulda bir otelin çıxışında B.A-nı və onun  dayısını yaxalayıb. Onlar ifadələri alınmaq üçün polis bölməsinə aparılıb.   Əldə olunan məlumata görə, 70 yaşlı qoca cənc qızı əvvəllər də qaçırmağa təşəbbüs göstərib. O, qız dilə tutaraq “səni özəl məktəblərdə oxutduracam,  daha yaxış şərait yaradacam”deyərək yoldan çıxarıb.

 

Qocanın evli, 3 uşağı və 6 nəvəsi olduğu bildirilir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı