Modern.az

Dünya azərbaycanlılarına ÇAĞIRIŞ - “Bunu hər biriniz imzalayın!”

Dünya azərbaycanlılarına ÇAĞIRIŞ - “Bunu hər biriniz imzalayın!”

Təhsil

2 Fevral 2013, 11:37

Xocalı qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb-səhifəsində yerləşdirilmiş petisiyanı 5600-dən çox insan imzalayıb. Fevralın 25-dək bu say 100 000 olmalıdır. Daha 94 383 imzaya ehtiyac var. Qeyd olunan tarixə kimi imzalar yığılmasa? pestisiyaya baxılmayacaq.

Qeyd edək ki, Amerikada yaşayan azərbaycanlılar prezident Barak Obama Administrasiyasının Xocalı qətliamı və onun qurbanlarını anması və müharibə cinayətlərini tanıması məqsədilə Ağ Evin veb-səhifəsində petisiya yerləşdirib.

Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiyada deyilir ki, fevralın 26-da amerikalı azərbaycanlılar və ABŞ azərbaycanlıları şəbəkəsinin dostları 1992-cı ildə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının 21-ci ildönümünü qeyd edəcək.     

Həmçinin petisiyada "Amerika azərbaycanlıları, bizim bu ölkədə və bütün dünyada olan dostlarımız adından faciəinin 21-ci ildönümü ərəfəsində Xocalı qətliamı, onun qurbanlarının anılması və prezidentin bununla bağlı bəyanat verməsində bizə kömək etməyiniz üçün sizə müraciət edirik"-deyə bildirilir.

Ağ Evin vətəndaşları narahat edən məsələlərlə bağlı administrasiyaya müraciət edə bilməsi məqsədilə yaratdığı "Biz xalqıq" ("We the People") səhifəsində yerləşdirilmiş petisiyanın nəzərdən keçirilməsi üçün ona 2013-cü il fevralın 25-ə qədər 99 mindən çox adamın imza atması lazımdır.

Petisiyanı imzalamaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

//petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx

Qeyd edək ki, Amerika Azərbaycan Şurası və PaxTurcica təşkilatı da Xocalı qətliamının tanınması istiqamətində məktub kampaniyası keçirir. ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları hər il Birləşmiş Ştatlar Konqresinin üzvləri, yerli hökumət və KİV nümayəndələrinə Xocalı hadisələri ilə bağlı məktublar göndərir, yerli mətbuat orqanlarında məqalələrlə çıxış edir.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı