Modern.az

Fazil Mustafadan Morninqstara ittiham: “Səfirliyə öz köməkçimi göndərmişəm”

Fazil Mustafadan Morninqstara ittiham: “Səfirliyə öz köməkçimi göndərmişəm”

Təhsil

1 Mart 2013, 14:48

“ABŞ səfirinin hansısa bir görüşü məni şəxsən maraqlandırmır. Çünki ABŞ səfirliyi mənim üçün prezident aparatının bir şöbəsi kimi fəaliyyət göstərir”. Bunu Modern.az-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ABŞ səfiri Morninqstarın bir neçə müxalifət partiyası ilə görüşün perspektivini şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, bu görüşlərin demokratikləşmədə heç bir rolu yoxdur. ABŞ səfirliyinə qarşı ittiham irəli sürən millət vəkili onu da qeyd edib ki, əslində bu görüşlər iqtidarı müxalifət partiyalarının mövqeyi ilə bağlı məlumatlandırmaq xarakteri daşıyır.

“ABŞ səfirliyinin demokratikləşmədə heç bir təsir gücü yoxdur. Həmçinin müxalifətlə görüşüb əslində kimin nə istədiyi barədə Azərbaycan hakimiyyətinə informasiyalar ötürür. ABŞ səfirliyinin demokratiya barədə mövqeyi müşahidə olunmur. Ona görə də bu kimi tədbirlərin mənası yoxdur. Bizi bir dəfə dəvət ediblər mən öz köməkçimi göndərmişəm. Özüm kollektiv görüşlərdə iştirak etməmişəm. Fərdi qaydada görüş olsa, Azərbaycanın gələcəyi ilə bağlı demokratik düşüncələrini öyrənmə baxımından gedərdim. Ancaq ABŞ səfirliyinin demokratik dəyişikliklə bağlı heç bir çalışma niyyəti belə  yoxdur. Boşuna müxalifət partiyası ümidləndirib meydana salırlar. Sonra da arxalarından qaçıb hakimiyyətin yanında yer alırlar. Dünən keçirilən toplantı haqqında isə bizə təklif gəlməyib. Çünki mövqeyimizi bilirlər”.

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!