Modern.az

İqbal Ağazadə əsgər ölümlərinə görə nazirlərin Milli Məclisdə hesabat vermələrini tələb etdi

İqbal Ağazadə əsgər ölümlərinə görə nazirlərin Milli Məclisdə hesabat vermələrini tələb etdi

Aktual

5 Mart 2013, 13:19

Modern.az-ın məlumatına görə, Milli Məclisin martın 5-də keçirilən iclasında millət vəkili  vəkili  Qənirə Paşayeva deyib ki, orduda baş verən intihar hadisələri ciddi narahatlıq doğurur və bu məsələlər hərtərəfli araşdırılmalıdır.

 "Əgər bu intihar hadisəsidirsə intihar, əgər cinayət hadisəsidirsə cinayət faktı kimi ciddi araşdırılmalıdır. Hüquq mühafizə orqanları bununla bağlı ciddi araşdırma aparmalıdırlar. Cəmiyyətdə orduya böyük inamsızlığın yaranmasına imkan vermək olmaz. Əgər doğrudan da əsgər intihar edirsə, bunu araşdırmaq lazımdır ki, bu intiharlar nəyə görə baş verir"- o deyib.

Qənirə Paşayeva gənclərin orduya çağırılmazdan əvvəl məktəblərdə hərbi hazırlıq dərslərinin keyfiyyətinin yüksəldilməsini təklif edib.

 "SSRİ dövründə məktəblərdə hərbi tədris çox yüksək səviyyədə keçirilirdi, gənclər silahla yaxından tanış olurdular və onlar orduya hərtəfəli hazırlıqlı vəziyyətdə gedirdilər. Azərbaycanın bu günki müharibə şəraiti  durumunda hərbi tədrisin keyfiyyəti yüksəldilməlidir. Gənclərə silahla davranış qaydaları öyrədilməlidir, onların psixoloji və ideoloji hazırlığına xüsusi önəm verilməlidir", - millət vəkili deyib.

Orduya gedən gənclərin böyük əksəriyyətinin orta təhsilli olduğuna diqqət yönəldən Qənirə Paşayeva Müdafiə Nazirliyi və Təhsil Nazirliyini birlikdə məktəblərdə hərbi təhsilin keyfiyyətinin qaldırılması üçün ciddi addımlar atmağa çağırıb və Parlamenti də bu məsələyə xüsusi diqqət yetirməyə səsləyib.

Deputat İqbal Ağazadə də əsgər ölümləri ilə bağlı məsələyə toxunub.  İ.Ağazadə MTN, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, güc strukturlarının Milli Məclisə hesabat verməsini tələb edib. Onun sözlərinə görə əsgər ölümləri ilə bağlı məsələ ciddi şəkildə müzakirəyə çıxarılmalıdır.

"Cəmiyyətdə əsgər ölümləri ilə bağlı narahatlıqlar var. Bütün bu məsələlər öz həllini tapmalıdır”-deyə vurğulayıb.

 Deputat daha sonra seçki məcəlləsindəki  təkliflərin gündəliyə salınması ilə bağlı çıxış edib. Onun sözlərinə görə, seçki məcəlləsi ilə bağlı təkliflər komissiyaya çıxarılmalı və parlamentin gündəliyinə salınmalıdır. 

  Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı