Arxiv
6 mart 2010, 17:50 | REPORTAJ
“Siyasətimizdə “çürük dişlər” çoxdur”

MODERN.AZ "ƏSL PEŞƏ" ADLI YENİ LAYİHƏSİNİ TƏQDİM EDİR Azərbaycanda bir çox tanınmış şəxslər var ki, onlar əsl peşələri ilə deyil, başqa sahələrdəki fəaliyyətlərinə görə məşhurlaşıblar. Modern.az “Əsl peşə” adlı yeni bir layihəyə başlayır. Məqsəd tanıdığımız məşhurların əsl peşələrini oxucularımıza tanıtmaqdır. Beləliklə, “Əsl peşə” layihəsinin ilk qonağını təqdim edirik.

Onu daha çox siyasətçi kimi tanıyırlar. 1988-ci ildən Milli Azadlıq Hərəkatına qoşularaq siyasi yola Azərbaycan Xalq Cəbhəsindən başlayıb. 1992-1993-cü illərdə Bakı şəhəri Xətai rayonunun icra başçısı olub. Uzun müddət Azərbaycan Sambo Federasiyasının prezidenti, Avropa Sambo Federasiyasının I vitse-prezidenti vəzifəsini tutub. Əbülfəz Elçibəyin sağlığında AXCP sədrinin müavini olub. Hazırda isə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri və “Borçalı” Cəmiyyətinin rəhbəridir. Amma ixtisasca stomatoloqdur. 1981-ci ildə Tibb İnstitutunun stomatologiya fakültəsini fərqlənmə diplomuyla bitirib. Sonralar Qərb Universitetinin Beynəlxalq siyasət və iqtisadiyyat fakültəsini bitirib. Siyasi elmlər üzrə mütəxəssisdir. Siyasətlə məşğul olmasına baxmayaraq, əsl peşəsindən əl çəkməyib, bu gün də diş həkimi kimi fəaliyyətini davam etdirir. O, həm də ixtisas peşəsiylə məşğul olan barmaqla sayılası siyasətçilərdəndir. Söhbət Zəlimxan Məmmədlidən gedir. Modern.az-ın əməkdaşı siyasətçi Zəlimxan Məmmədlinin deyil, doktor Zəlimxanın qəbulunda olub, onunla əsl peşəsi barədə söhbət edib.

Qeyd edim ki, Z.Məmmədlinin qəbuluna düşmək elə də asan olmadı. Çünki qapının önündə xeyli pasiyent gözləyirdi. Tibb bacısından və pasiyentlərdən öyrəndim ki, doktor Zəlimxanın qəbulu həmişə belə qələbəlik olur. Xəstələtdən bir neçəsi ilə söhbət edərkən, onlar Z.Məmmədlinin təcrübəli, yaxşı stomatoloq həkim olduğunu və buna görə də təkcə özlərinin yox, ailə üzvlərinin də dişlərini ona etibar etdiklərini dedilər... Nəhayət, 2 saatdan sonra doktorun qəbulundayam. 

“Cərrah olmaq istəyirdim, stomatoloq oldum”

 

- Bu sənətə necə gəldiniz?

- Böyük qardaşım Əhməd Texniki Universitetə daxil olmuşdu, Bakıda qalırdı. Bizdə də “böyük hara getdi, qoşun da ora gedir” komleksi var. Məndən böyük başqa bir qardaşım da Texniki Universitetə daxil oldu. Ancaq mənim özümün həyatımda elə bir özəlliklər baş verib ki, tibb sahəsini seçmək içəridən gələn bir ağrı olub. Vaxtilə ağır bir qəza hadisəsi baş verib və mən həkimlərin fədakarlığını görmüşəm. O vaxtdan məndə həkim-cərrah olmaq istəyi baş qaldırıb. Evdə nə qədər müqavimətlər olsa da, bu xətti seçmişəm.

... 3 il konkursdan keçə bilmədim. Dədəm pul gətirirdi, mən də geri qaytarırdım ki, öz başımla girəcəm. Bu mənim prinsipim idi ki, hökmən daxil olacam. Üçüncü il böyük qardaşım stomatologiya fakültəsini seçməyimi məsləhət bildi. Bundan sonra seçimimi dəyişdim. Stomatologiyanı çox sevirəm, eyni zamanda təəssüf edirəm ki, cərrah olmadım. İstərdim ki, qızım cərrah olsun, amma o da terapevt oldu. Qızm Aygün indi həkimdir.

- Stomatoloq və eyni zamanda bir siyasətçi Zəlimxan Məmmədli kimi daha çox hansı dişlərin salınmasını tövsiyə edərdiz?

- (Bir az fikirləşir) Ona bir şablon yoxdur. Tutaq ki, ağız boşluğunda, çənədə diş cərgəsində olan defektlərin xassəsi, növləri var. Ona uyğun olaraq hansısa dişi seçmək lazımdır. Bəzi halda Azərbaycan mentaliteti deyir ki, “mən belə istəyirəm, belə elə”. Bu, elmin əleyhinə getməkdir. Təbii ki, fəsadını özləri yaşayırlar. Vəsait xərcləyir, bir neçə vaxtdan sonra onlar təzədən pul xərcləməli olurlar. Mən daha çox  az məsrəflə daha keyfiyyətli diş əldə olunmasını təklif edirəm.

- İmplantasiya - diş köçürmə üsülu bizdə də dəbə düşübmü?

- Bu, müasir bir üsuldur. İmplantasiyanın Azərbaycanda rəqabət mühiti zəifdir, inkişaf etməyib. Ancaq eyni zamanda o üsula müraciət edənlər də var. O, sadə insanların əlinin çatacağı bir şey deyil. Çox bahadır. İmplantatın eləsini seçməlisən ki, onun orqanizmə hər hansı mənfi təsiri yüzə-yüz olmasın, təminatlı olsun. Onlar da kifayət qədər qiymətli olurlar. Rəbaqət olmadığı mühitdə tutaq ki, ucuz implantatları pul xətrinə istifadə eləmək xəstəni risq altına qoymaq deməkdir, ciddi fəsadları ola bilər. Amma implantasiya çağdaş dünyamızda stomatologiyanın son nailiyyətlərindən biri hesab olunur.

 

“İmplantasiyaya 30 min dollar lazımdır”

 

- Neçəyə başa gəlir bu nailiyyət?

- Ağız boşluğu var ki, 30 min dollardan çox pul tələb edir.

- Doktor  Zəlimxan bu müasir üsulu bacarırmı?

- Müraciət edənlər olub. Düzdür, bu kabinetimdə elə bir şərait yoxdur. Amma başqa yerdə eləmişəm. Yəni, mənim üçün problem yoxdur.

- Qızıl dişlər neçəyə başa gəlir?

- Vallah deyə bilmirəm. 28 illik təcrübəm var, amma bu vaxta qədər heç zaman qızıl almamışam. O, texniklərin işidir, mənlik deyil. Mənə elə gəlir daha aktual mövzu, bəlkə də hamının qəbul edəcəyi, hamıya faydalı olacaq mövzular ola bilər. Qızıl artıq sıradan çıxan bir şeydir. Yəni qızıldır, onun qramı var, mağazadan almaq olar. Amma qızıla tələbat azdır. İnsanlar ağ dişlərə - plastmas, keramik, farfor dişlərə meylləniblər.

Mənim obrazlı da olsa həmişə bir deyimim var: öz əzalarının qədrini bilməyən insan başqasının qədrini bilə bilməz. Stomatoloq olaraq ağız boşluğu yaralarla dolu və yaxud da dişləri çürük olan insanın mənə “dost” deyib məni sevəcəyinə inanmıram.

 

Ana südü, sağlam diş

 

- Deyirlər “Malış”la böyüyən uşaqların dişi tez çürüyür...

- Uşaq ana südüylə qidalanmalıdır. Çox təəssüf ki, indiki halda çox populyar olan və genofodumuza ciddi təsir eləmək imkanına malik olan ana südündən uşaqlar məhrum olub. Bu, böyük bir təxribatdır ki, yeni doğulmuş uşaqlara analar süd verməyilə südü kəsməyi bir qəhrəmanlıq hesab edirlər. Mənə elə gəlir ki, bu, yeni doğulmuş uşağa böyük xəyanətdır, onun gələcəyini çox böyük risq altına qoymaqdır. Ana südünü hər hansı bir formada süni şəkildə biznes xətrinə buraxılan əlavələr əvəz eləyə bilməz.

Böyüklər üçün də qidalanma, hava, günəş faktoru, insanın psixoloji durumu, tarazlıq faktoru əsasdır. Bunlara əməl edən insanlarda sağlam ağız boşluğu görə bilərik. Eyni zamanda insanlarımız psixoloji depressiyalara daha çox məruz qalırlar və psixoloji mühitin dişlərə ciddi təsiri var...

- Yəni insanların psixoloji vəziyyəti diş ağrılarına gətirib çıxarır?

- Bəli. Bu, bibaşa və dolayı formada dişlərə və bütövlükdə ağız boşluğunda fəsadlar yarada bilər.

 

“Sevgi ağız boşluğundan yaranır” 

- Zəlimxan Məmmədli dişlərin sağlam qalması üçün insanlara nələri tövsiyə edərdi?

- Təbii qidalanmaq lazımdır. Bunlar da əsasən göyərtilər, ağartı məhsulları, tər meyvələr, təmiz sudur. Hərçənd ki, Bakıda təmiz su yoxdur, ancaq hər halda çiy su içmək lazımdır. Təmiz bulaq suyunun tərkibində olan mikroelementlərin quruluşu qanın plazmasında olan mikroelementlərin quruluşuna uyğundur. Profilaktika budur ki, kariyesin əmələ gəlməsinin, dişlərin çürüməsinin vaxtını uzada bilərik. Bütün hallarda ömür getdikcə, bədəndə kalsiumun azalması, qocalma posesi gedir. Amma yaxşı və sağlam qocalmaq olar. O da daha çox insanların özündən və insanlara xidmət etməli olan səhiyyə sistemindən asılıdır. İnsanlarımızın ağız boşluğuna biganəliyini görürəm. Xəstələrin 90 faizində biganəlik sindromu var. Amma mən yanıma gələnlərdə biganəliyi sındıra bilirəm. Onlar mənim millətimdir, sağlam olmalıdırlar. Xəstəyə o istiqaməti verməyə borcluyam. Hər halda, burada maarifləndirmə işiylə də məşğulam. Xəstələrə inandıra bilirəm ki, təbəssüm, sevgi ağız boşluğundan yaranır. Dad ordadır (gülür – red.), söz ordan çıxır. Zahirən gözəl olan insan gülən kimi dişləri əyri-üyrüdürsə artıq bir təhər görünür.

- Diş pastaları kariyesin qaşısını ala bilirmi?

- Təbii ki, iltibah, kariyes əleyhinə olan pastalar var, mexaniki təmizləyici pastalar var. İltibah əleyhinə olan pastalardan iltibahı olan xəstələrin istifadə eləməsi məsləhətdir. Daha çox sağlam insanların mexaniki təmizləyici pastalardan istifadə eləməsini məsləhət görərdim. Əgər ağız boşluğunda lazım olan elementlər xaricdən daxil olmursa, o dişin üstünə nəyisə sürtməklə onun qarşısını almaq mümkün deyil. Orqanizmdə dişin möhkəmliyini, dişin mina qatının bərkliyini təmin edəcək komponentlər çatmırsa, üzdən nəsə sürtməklə onun qarşısını almaq olmaz. Əsas məsələ odur ki, insanın daxili orqanlarında, qanında, əzalarında dişin möhkəmliyini təmin edən hər şey olsun. Pastalar profilatik effekt yaradır. Yəni hər gün ərp olmasın. Amma “pastalar mənim dişimi sağlam edəcək” deyib arxayın olmaq yanlış yanaşmadır.

“Saqqızın xeyri yoxdur”

 

- Bəzi saqqızların da dişləri kariyesdən qoruduğunu reklam edirlər...

- Heç nədən də qorumur.

- Doktor, ağrıyan dişləri çəkməyə üstünlük verirsiniz, yoxsa müalicəsinə?

- Bütün halda son ana qədər dişlərin müalicəsinə, saxlanmasına üstünlük verirəm. Bu mənim metodumdur. Xəstə “hökmən bu dişi çək” deyə bilər, amma Zəlimxan onu çəkməz. Allahın qoyduğu əza insana xidmət etməlidir. İnsanlara başa salıram ki, “bu diş sənə 5 il də xidmət eləyə bilər, 1 il də, amma sən ondan imtina eləmə”. 

Doktor əməkdaşımızın dişlərini müayinə edir

 

Beləliklə, gəldik müsahibənin ən ciddi yerinə. İndi bəndəniz dişlərini doktor Zəlimxana göstərəcək. Görək, nə deyir. Bu dəfə yerimiz dəyişdi. Ağzıma baxan kimi, suallara başladı...

 

- Səhər-səhər dişlərini yuyanda, toxunanda damağın qanayırmı?

- Qanayır.

- Bu gün səhər yumusanmı?

- Yumuşam.

- Deməli, yuxarı sağ tərəfin dişləri yaxşıdır. Burda mərkəzdəki dişlərdə  plomp var. Sol tərəfdə 7-ci  dişin çox pis vəziyyətdədir, kariyes boşluğu var. Aşağıda yenə 7-ci diş pis vəziyyətdədir. 5-6-cı dişlər çəkilib, diş cərgəsi pozulub, dişlərin əyilib. Sağ tərəfdə 7-ci dişin yaxşı vəziyyətdə deyil, ondan əvvəlki dişlərin də çəkilib. İndi də diş ətiylə bağlı vəziyyətə baxaq. Çeynəmə dişlərin yoxdur deyə, çeynəmə dişlərin yükünü ön dişlər götürür. Ön dişlər yüklənəndə də artıq diş əti də, dişin özü də yüklənir və müəyyən fəsadlar verir. Aşağıda klassik formada hipertrafik kingivitdir və birinci dərəcəli paradontit əlamətləri görünür. Diaqnoz birinci növbədə hipertrafik kingivit istiqamətində aparılmalıdır və burda da bizim hədəfimiz xəstəliyin inkişafının qarşısını almaqdır. Biz onun tam qanaxmasını dayandıracağıq. Damaqda olan qızartını aradan qaldıracağıq. Paralel olaraq aşağı çənədə hər iki tərəfdə azı dişləri yoxdur. Təbii ki, sənin çeynəmən batıbdır. Çeynəmə batıbsa, mədə-bağırsaq sistemində qastritin, gələcəkdə onikibarmaq bağırsaqda və bağırsaqda xroniki və digər xəstəliklərin əmələ gəlməsinin artıq əlamətləri var. Qida yaxşı çeynənərsə, yaxşı həzm olunarsa, o yemək borusuna da, mədəyə də, onikibarmaq bağırsağa da çox yük vermir. Əzilməmiş, üyüdülməmiş qida iri-iri gedir mədəyə, mədə yükə düşür. Tam həll olunmamış ordan gedir bağırsağa və bağırsağa yük düşür. Beləliklə, özümüz-özümüzə qəsd eləmiş oluruq. Yenə sualı mən verirəm:

- Məni ayıltdınız doktor. Dişlərə görə başqa xəstəliklərin yarana biləcəyini bilmirdim. İndi dişlərimin bərpası mümkündürmü?

- Əlbəttə mümkündür. Onun üçün ağız boşluğuna sayğı bə sevgi yetərlidir. Bir də inandığın həkim olmalıdır. Həkim də təbii ki, vicdanlı olmalıdır. Səndə kariyesli diş var, bu müalicə olunmalıdır. Digərləri, əsasən yuxarı çənədə normaldır. Dediyim kimi, diş ətinin iltihabı əlamətləri var. Birinci, sanatiya olmalıdır, yəni çəkilməli diş çəkilməlidir, müalicə olunmalı olanlar da müalicə olunmalıdır. Aşağıdakı 7-ci diş şübhə doğurur. Hər halda rentgendən sonra baxacağıq. Kifayət qədər çox dağılmış bir dişdir. Yenə o sual verir: Bunun dibində şişi-zadı olubmu?

- Xeyr.

- Ağrı olub? Əvvəllər bu dişlə bağlı həkimə müraciət eləmisiz?

- Onun yanındakı diş ağrıyıb. O da çəkilib.

- Hər halda biz ona baxacağıq və bütün imkanlardan istifadə olunacaq ki, o diş qalsın. Əgər kökündə çirk, irinləmə olacaqsa, artıq o, çəkilməlidir.

 

Siyasətdəki “çürük dişləri” çəkmək bir az çətindir

” 

- Doktor, icazə verin, heç olmasa, sonuncu sualı mən verim...

- Buyur...

- Çürük dişləri çəkib atırlar, bir az yararlı olanı da müalicə edirlər. İndi siyasətdə də obrazlı desək, “çürük dişlər” var. Onları çəkib atmaqmı lazımdır, yoxsa müalicə eləmək?

- Azərbaycan siyasətində “çürük dişlər” kifayət qədərdir. Siyasətimizdə çürük olmayıb çürükdən betər olanlar da kifayət qədərdir. Azərbaycan siyasətinin qidası özündən olmalıdır. Bir də çürük diş ağrını verir, çəkib qurtarırsan. Siyasətdəki “çürük dişləri” çəkmək bir az çətindir. Onun üçün proses getməlidir. Həm də “çürük dişlər çəkilməlidir” deməklə də iş bitmir. Sən ortaya elə dişlər qoymalısan ki, “çürük dişlər” kölgədə qalsın. Mənə elə gəlir ki, o proses Azərbaycanda olacaq. Çürük dişlə mədəni doyuzdurmaq mümkün olmadığı kimi, çürük təfəkkürlə də milləti doyuzdurmaq olmaz. 

 

 

 

 

 

 

Adəm Qorxmaz

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyüldü 6 Dekabr 2019, 21:39 ABŞ-da hərbi bazada atışma: 4 ölü 6 Dekabr 2019, 21:24 Qızılcadan ölənlərin sayı 140 minə çatdı 6 Dekabr 2019, 21:10 “Qarabağ” xal itirdi 6 Dekabr 2019, 20:51 F-35-ləri ala bilməsək... 6 Dekabr 2019, 20:37 Deputat Yevda Abramov vəfat etdi 6 Dekabr 2019, 20:24 Azərbaycanla  Gürcüstan arasında humanitar əməkdaşlıq  müzakirə olundu 6 Dekabr 2019, 20:17 Dünyada  ilin ən yaxşı hava limanı 6 Dekabr 2019, 20:03 Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO 6 Dekabr 2019, 19:40 “Tufan“ adlı solo konserti keçirilib - FOTO 6 Dekabr 2019, 19:29 Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb 6 Dekabr 2019, 19:18 Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var 6 Dekabr 2019, 19:09 Azərbaycan gündəlik neft hasilatını 7 min barrel azaldacaq   6 Dekabr 2019, 19:00 AFFA “Qəbələ”yə maddi yardım edəcək? 6 Dekabr 2019, 18:50 Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48 BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb   6 Dekabr 2019, 17:46 Ağac əkimi Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfədir 6 Dekabr 2019, 17:38 Binəqədidə ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 17:34 Brüsseldə Avropa Parlamenti deputatlarının Qarabağa səfərinə ETİRAZ EDİLİB 6 Dekabr 2019, 17:33 Sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır - Nazirlik 6 Dekabr 2019, 17:30 Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir 6 Dekabr 2019, 17:27 MSK-dan növbədənkənar parlament seçkisi AÇIQLAMASI 6 Dekabr 2019, 17:10 Prezident və birinci xanım gənclərlə selfi çəkdirdilər - FOTOLAR 6 Dekabr 2019, 16:57 İstirahət günləri üçün hava PROQNOZU 6 Dekabr 2019, 16:54 Daşnaklar Paşinyana qarşı partizan müharibəsinə HAZIRLAŞIR 6 Dekabr 2019, 16:51 “Məni bu sahəyə kimya müəllimim həvəsləndirdi” - Olimpiadalar qalibi 6 Dekabr 2019, 16:49
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?