Modern.az

Göyçay sakini evində yanaraq öldü

Göyçay sakini evində yanaraq öldü

Təhsil

8 Mart 2013, 12:54

Göyçay sakini evində yanaraq ölüb. Fövqəladə Hallar Nazirliyinin verilən məlumata görə, Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan 2 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsində döşəmə 2 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibəsi 1928-ci il təvəllüdlü Nuriyeva Tavat Hüseynalı qızının meyiti aşkar olunub.

Hadisə ilə əlaqadar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı