Zərdüşt Əlizadə 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə 132 №li məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib.
1969-1971-ci illərdə Misirdə hərbi tərcüməçi, 1973-1976-cı illərdə Cənubi Yəməndə mütərcim işləyib.
1971-ci ildən 1990-cı ilə kimi Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi olub.
Filologiya elmləri namizədidir.
1969-1990-cı illərdə Sov.İKP üzvü olub. 1988-1989 illərdə Azərbaycan Xalq Cəbhəsi, 1990-2000-ci illərdə Sosial-Demokrat Partiyasının fəallarından olub. Hazırda müstəqil politoloq kimi fəaliyyət göstərir. İki kitab, yüzlərlə məqalə müəllifidir.
Evlidir iki oğlu var.
|
Uşaqlıq çağlarım... 50-ci illərin əvvəlləri |
|
Anam, bacım və mən... |
|
Atam Məmmədmübariz Əlizadə. Dahi "Nizami"nin "Xəmsə"sini Azərbaycan dilinə atam tərcümə edib. |
|
50-ci illərin əvvəlidir. Atam, anam, xalam, bacım və mən... |
|
Kiçik bacım və mən. 50-ci illərin sonları... |
|
1950-ci il. 4 nömrəli məktəbdə oxuyurdum. İndi onun yerində Prezident Administrasiyası yerləşir.. |
|
Orta məktəbdəki futbol komandamız. |
|
Son zəng və dostlar... |
|
1964-cü il. Məktəbi bitirməyimiz münasibəti ilə bulvara getmişik. Mən də sevincimdən körpüdən yapışıb sallanmışam. |
|
Qarabağlı qohumlarımız: atam, mən, atamın dostu və s |
|
Şəkli çəkdirən zaman tələbə idim. Soldakı mən, o birilər də məktəb yoldaşlarım. Biz 6-cı sinifdən bir yerdə dostluq etmişik. |
|
Anam Zinət xanım... |
|
Tələbəlik illərimdəki may nümayişindən xatirə. Rəhmətlik dekanımız Həsən Mahmudov, tələbə yoldaşlarım və mən. |
|
Mən, Timuçin Əfəndiyev, Zeynal Xəlilov... |
|
Tələbə dostlarımla Sabir bağındakı nümayişdən... |
|
Dostlarım - Aydın Abdullayev və Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov. |
|
1969-cu il. Sankt-Peterburq Universitetində konfrans zamanı çəkilib. |
|
1965-ci il. Xalam Xədicə ilə birlikdə... |
|
Bu isə əmim Həsəndir. Tehranda yaşayır. Onun cavanlığıdır. |
|
1970-ci il. Yenicə nişanlanmışdıq. Niyal xanım və mən, iki ən yaxın dostumuzla birgə. |
|
Qahirədə yoldaşım və dostlarımız... |
|
Əsgərlikdə təyyarəyə minməzdən əvvəl çəkilmiş şəkildir. |
|
Müxtəlif sovet xalqlarından ibarət əsgərlik dostlarım... |
|
1970-ci il Misirdə təlim keçirdik. Misir və Sovet generalları ilə birgə şəkil çəkdirdik . |
|
Alagözün zirvəsindəyəm. Ordu xatirələrindən biri. |
|
Xanımımla bir yerdə... 70-ci illərin sonu... |
|
Mən, həyat yoldaşım Niyal xanım və rəhmətlik tərcüməçi Zahid Hüseynov. Biz Qahirədə “Məhəmmədəli” qalasındayıq. 1972-ci il. |
|
Yəmən... Ədən şəhərində böyük oğlumla birlikdə. İndi isə 40 yaşı var. |
|
Yəməndəki Sovet səfirliyində çalışıram. |
|
Sovet səfiri, iqtisadi müşavir və mən Yəmənin Abiyan vilayətinə getmişik. |
|
Yəməndə radiostansiyanın tikintisi zamanı. Sovet səfiri, mən və Yəmənin informasiya naziri. |
|
Bu bizim ailəvi şəklimizdir: Atam, anam, bacılarım, qardaşlarım və onların ailələri. |
|
Riqada 89-cu ildə "Ocaq" cəmiyyəti var idi. Azərbaycan Xalq Cəbhəsinin nümayəndəsi kimi ora getmişdim. |
|
Bu mənim misirli aspirantım Məhəmməd Əbu Seyiddir. 1987-ci il. |
|
Kərim Kərimli ilə Kaliforniyada... |
|
Tiflisdə sülhməramlı bir konfransda çəkilib. |
|
Bu bizim sinifdir 30-il sonra görüşmüşük.1994-cü il... 132 nömrəli məktəbin 1964-cü il məzunları son dəfə bir yerə yığılmışıq. |
|
İsveçli rəfiqəm Tunaçenkanın mənzilindəyik. Mən Azərbaycandakı fəhlə hərəkatı haqqında məqalə yazmışam. Bu xanım onu İsveç dilinə tərcümə edib. 1997-1998-ci illər olardı. |
|
Amerika konqresində Nazim İmanov, Rəsul Quliyev, amerikalı konqresmen, Sərdar Cəlaloğlu və Elman Salayev. 2000-ci il. |
|
Bu Bakıdakı Soros Fondunun kollektividir. Biz fondun illik strategiyasını müzakirə etmək üçün Qubaya getmişik. |
|
Moskovada Azərbaycan, Rusiya, Ermənistan diplomatiyası ətrafında sülh danışıqları gedirdi... |
|
Əmim Həsən və onun yoldaşı. Tehranda onların mənzilində çəkilib. |
|
Universitet dostlarımla bir yerdə... |
|
|
|
|
Son dövrlərin maraqlı şəkilləridi... Müxtəlif vaxtlarda seminarlarda çəkilib... |
|
Xanımım və mən ən yaxın dostumuzla toyda. Zaman keçir, biz qocalırıq. |
|
Nəvələrim... |