Modern.az

Səfər Əbiyev kadr dəyişikliyi etdi

Səfər Əbiyev kadr dəyişikliyi etdi

Aktual

11 Mart 2013, 17:38

Azərbaycan Silahlı Qüvvələrin Mərkəzi Hərbi Klinik Hospitalına yeni rəis təyin edilib.APA-nın məlumatına görə, bu barədə müdafiə naziri general-polkovnik Səfər Əbiyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Qarnizon Poliklinikasının rəisi, hərbi-həkim komissiyasının sədri, polkovnik Firudin Qarabəyov tutduğu vəzifədən azad edilərək Mərkəzi Hərbi Klinik Hospitala rəis təyin olunub.

F. Qarabəyov bu gün hərbi hospitalın şəxsi heyətinə təqdim edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev faktı təsdiqləyib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında hospitalın rəisi, tibb xidməti polkovniki Asif Qurbanov tutduğu vəzifədən azad edilib. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı