Modern.az

Dövlət Komitəsi: ərzaq məhsulları və xidmət bahalaşıb

Dövlət Komitəsi: ərzaq məhsulları və xidmət bahalaşıb

Aktual

15 Mart 2013, 16:56

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, Maliyyə Nazirliyinin məlumatlarına əsasən, yanvar ayında dövlət büdcəsinə 1768.1 milyon manat vəsait daxil olub, büdcədən 1391.7 milyon manat xərclənib, ayrılmış vəsaitin 777.4 milyon manatı iqtisadiyyatın inkişafına, 191.4 milyon manatı sosial müdafiə və sosial təminata, 25.5 milyon manatı təhsil və səhiyyəyə yönəldilib. Fevral ayında 1 ABŞ dolları 0.78 manata, 1 Avro 1.05 manata, 100 Rusiya rublu 2.60 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0.78, 1.05 və 2.60 manata bərabər olub.

Eynii zamanda fevral ayında yanvarla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.0 faiz, bahalaşıb, xidmət tarifləri və qeyri-ərzaq mallarının qiymətləri isə yanvar ayının səviyyəsində qalıb. 2012-ci ilin müvafiq dövrünə nisbətən yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.0 faiz, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0.4 faiz, xidmət tarifləri 3.4 faiz bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 0.2 faiz ucuzlaşıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı