Modern.az

156-cı mənzilin sahibi: “Mənim də ev almağa mənəvi haqqım var idi”

156-cı mənzilin sahibi: “Mənim də ev almağa mənəvi haqqım var idi”

Media

26 İyul 2013, 13:15

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən jurnalistlər üçün inşa edilmiş binada 156-cı mənzilin sahibi məlum olub. Modern.az xəbər verir ki, bu, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənovdur. İlham Əliyevin müvafiq sərəncamına əsasən jurnalistlər üçün Bibiheybət qəsəbəsində inşa edilmiş binadan məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzil alan baş redaktor təəssüratlarını Modern.az-la paylaşıb.

O bildirib ki, ölkə prezidentinin ona mənzil verməsindən bu gün xəbər tutub. Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa edilmiş binadan mənzil almaq üçün fərdi qaydada müraciət etdiyini deyən Həsən Həsənov ölkə başçısına dərin təşəkkürünü bildirib.

“Mən də jurnalistlərə tikilən binadan mənzil almaq üçün fərdi qaydada müraciət etmişdim. Cənab prezident bu binadan mənə də mənzil payı verdi. Ölkə başçısına etimada görə təşəkkür edirəm. Sonuncu - 156-cı mənzilin mənə verilməsindən bu gün xəbər tutmuşam. Mənzil bu gün verilib. Mənzil alanlar içərisində xeyli adam var ki, yaşı 30-35-dir. Mənim də mətbuat sahəsində 36 il iş stajım var. Azərbaycan Ensiklopediyasında elmi redaktor, “Yeni Azərbaycan”, “Respublika” qəzetlərində baş redaktorun birinci müavini, Azərbaycan Dövlət Televiziyasında xəbərlər departamentinin baş redaktoru, sədr müavini işləmişəm. 2002-ci ildə isə “Xalq qəzeti”nin baş redaktoru təyin olunmuşam. Yəqin ki, həmin 155 nəfər kimi mənim də mənzil almağa mənəvi haqqım var idi. Hələ ki, yeni mənzilimi görməmişəm. Heç mənzilin hansı mərtəbədə olduğunu da bilmirəm. Amma onu bilirəm ki, 4 otaqlı mənzildir”, – deyə Həsən Həsənov bildirib.

  Gültəkin ƏLƏSGƏR       
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır