Modern.az

Deputat Lənkəranda məktəbliləri mükafatlandırıb - FOTO

Deputat Lənkəranda məktəbliləri mükafatlandırıb - FOTO

26 İyul 2013, 21:19


Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəran məktəblilərinin IX sinif şağirdləri arasında 2012-2013-cü dərs ilinin yekunlarına həsr olunan “Hikmət, İsmət və Dəyanət” mövzusunda  keçirilən müsabiqəyə  yekun vurub.

Mərasimdə çıxış edən deputat qeyd edib ki, 2007-ci ildən bəri mütəmadi olaraq aparılan belə müsabiqələrdə minlərlə məktəbli iştirak edib, qaliblərin böyük əksəriyyəti ali məktəblərə daxil olub, ictimai-siyasi fəallıqları ilə fərqləniblər.

“Belə tədbirlərin məktəblilər, yeniyetmələr və gənclər arasında kecrilməsi artıq ənənə halını aıb. Buda yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsinə,onların vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir”

Sonda millət vəkili Hadi Rəcəbli qalibləri təbrik edib, onlara uğurlar arzulayıb. Deputat həmçinin 9 nəfər qalibi istirahət üçün putyovkalar, qiymətli kitab, dəftər ləvazimatlarla mükafatlandırıb.

Qaliblərdən Yəhyayev Şahin Cavid oğlu, Şərifova Zəhra Həbib qızı və Səfərzadə Elşən Murtuza oğlu göstərilən qayğı və diqqətə görə millət vəkilinə öz minnətdarlıqlarını bildiriblər

Qeyd edək ki, mərasimdə məktəb direktorları və valideynlər də iştirak edib.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!