Modern.az

Elşad Abdullayev yeni vəzifəyə seçildi

Elşad Abdullayev yeni vəzifəyə seçildi

17 Sentyabr 2013, 10:36


Sentyabrın 14 də İsveçrədə fəaliyyət göstərən Avropa Azərbaycanlıları Milli Birlik Şurası (AAMBŞ)  Məclisinin növbəti iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb. Təhsili ilə əlaqədar olaraq AAMBŞ Məclisinin sədri Ataxan Əbilov tutduğu vəzifədən istefa verib. Bunu nəzərə alaraq, Məclisdə professor  Elşad Abdullayevin  sədrliyə namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində E.Abdullayev yekdillilklə AAMBŞ Məclisinin sədri vəzifəsinə seçilib.

AAMBŞ bəyan edib ki, son zamanlar Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində E.Abdullayev haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır.
”Belə ki, həmin məlumatlarda E.Abdullayevin guya, insan orqanlarının qanunsuz transplantansiyası ilə məşğul olması və buna görə onun axtarışı üçün İnterpola verilməsi barədə məlumatlar çap edilib.
AAMBŞ olaraq rəsmi şəkildə bəyan edirik ki, bu cür informasiyaların həqiqətlə heç bir əlaqəsi yoxdur. Eyni zamanda, E.Abdullayev tərəfindən ATƏT-in Vyanadakı ofisinə təqdim edilən sənədlər əsasında bu yaxınlarda Kiyevdə həmin məsələ ilə bağlı qaldırılmış məhkəmə işinə xitam verilib”.

AAMBŞ Məclisinin sədri E.Abdullayev Avropa Diplomatlar Assosiasiyasının təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək üçün hazırda İsveçrənin Bazel şəhərindədir.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü