Modern.az

Sabirabadda da Kürün səviyyəsi qalxıb

Sabirabadda da Kürün səviyyəsi qalxıb

14 May 2010, 11:24

“Sabirabadın Mürsəlli kəndində uçan bənd bərpa olunur. Bəndin tam bərpası üçün 2 metr uzunluğunda yer qalıb. Bunun üçün təxminən 10 maşın beton bəs edər. Mütəmadi iş getsə yəqin ki, axşama qədər bu bənd bərpa olunacaq”. Bu fikirləri Modern.az saytına açıqlamasında hadisə yerində olan deputat Gülhüseyn Əhmədov bildirib. G.Əhmədov deyib ki, Kürün Sabirabaddan keçən hissəsində də bu gecə suyun səviyyəsi 10 sm-dən çox qalxıb.

O qeyd edib ki, Saatlıda hələlik heç bir təhlükə yoxdur: “Ancaq sel sularının səviyyəsinin artdığı hiss olunur. Bu, bir qədər narahatedicidir”.

Sarısu gölundəki son duruma gəlincə deputat deyib ki, bir azdan ora yollanacaq: “Suyun səviyyəsi artmasa heç bir problem olmayacaq. Bu isə bizdən asılı olan məsələ deyil”.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı