Modern.az

Yaz fəsli yorğunluğu əzələ ağrılarına səbəb olur

Yaz fəsli yorğunluğu əzələ ağrılarına səbəb olur

Təhsil

29 Mart 2014, 20:22

Günəşin öz şüalarını göstərdiyi və təbiətin canlanmağa başladığı yaz fəsli insanlar üzərində tam əks təsir yaradır. Havadakı elektrik yükünün və bununla əlaqəli olan müsbət və mənfi yüklü ionların kəskin artıması sinir sisteminə təsir edərək stress vəziyyəti yaradır ki, bu da yaz yorğunluğuna gətirib çıxarır. Özünü yorğunluq, halsızlıq və əzginliklə biruzə verən yaz yorğunluğu baş, boyun, kürək və bel ağrılarına da səbəb olur.

Xüsusilə yaz fəslində artan ağrıların bədənimizin sanki bizimlə danışmaq üsulu olduğunu bildirən Türkiyəli həkim Dr. İlker Solmaz,  bu səsi ağrıkəsicilərlə boğmamalı olduğumuzu dilə gətirib. O, bu ağrıların altında yatan səbəblərin araşdırılması gərəkdiyini bildirərək, adətən yaz fəslində artan ağrılardan birdəfəlik xilas olmaq üçün də faydalı məsləhətlər verib.

Adətən, fəsil dəyişiklikləri zamanı miqren tutmalarının sayı da artır. Ümumiyyətlə, yaz fəsli bütün ağrıların baş qaldırdığı fəsil hesaab olunur.  Halsızlıq, yorğunluq və bədbinlik hissi, bütün bədəndə xüsusilə əzələlərdə ağrılara yol aça bilər. Buna səbəb isə mövsümi keçid dövründə hormonlarda olan dəyişiklik və qanın axışıdır. Yazda ən çox müşahidə edilən ağrıların baş nahiyəsində olduğunu və miqren tipli ağrıların çoxaldığını bildirən Dr. İlker Solmaz, xüsusilə bu xəstələrinin fəsil dəyişiklikləri zamanı daha çox əziyyət çəkdiyinə diqqəti çəkib.

Yaz yorğunluğuyla birlikdə meydana gələn digər ağrılara da toxunan Solmaz, "Xalq arasında qulunc olaraq bilinən, kürək və bel bölgəsində olan küt ağrılar insanı çox narahat edir.

Yaz aylarında kürək sümüyündə, boyun və beldə meydana gələn ağrılar isə tez-tez qarşılaşdığımız narahatlıqlar arasındadır"deyib.

Ağrıya məruz qalma baxımından qadınların kişilərə nisbətdə daha çox risk daşıdığını bildirən Dr. İlker Solmaz, ağrıkəsicilər ilə yola verilməyə  çalışılan xroniki ağrılardan mikropsuz iltihab üsulu ilə birdəfəlik xilas olmağın mümkün olduğunu deyib.

Dr. Solmaz mikrobsuz iltihab inyeksiyası ilə bədənin özü-özünü müalicə etmə mexanizminin işə düşdüyünü və ağrıya səbəb olan simptomların ortadan qaldırılmasının mümkün olduğunun vurğulayıb. Dr. Solmaz, Proloterapi adı verilən bu müalicə üsuluyla yaz aylarına artıq daha enerjili, sağlam və canlı başlamağın mümkün olacağına diqqəti çəkib.

Dr. Solmaz "Ağrının qaynağı olan zədəli bölgəyə şirin sudan ibarət xüsusi bir məhlulu inyeksiya etməklə zədəli bölgədə mikropsuz iltihab yaradılır. Bədən yaradılan bu mikrobu yox etmək üçün zərərli toxuma üzərinə sağlam hüceyrələri sürətlə göndərir və zədələnmiş toxumanı özü bərpa edir." deyərək müalicənin üsulu haqqında məlumat verib.

Modern.az


Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı