Modern.az

Federasiyaya yeni baş katib təyin edildi

Federasiyaya yeni baş katib təyin edildi

İdman

21 Fevral 2026, 13:31

Azərbaycan Badminton Federasiyasında baş katib təyinatı olub.

Modern.az xəbər verir ki, Əjdər Cəfərov Federasiyanın yeni baş katibi təyin edilib.

Qeyd edək ki, Ə.Cəfərov bu təyinatadək Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edib.

Əjdər Cəfərov 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi