Modern.az

"Mançester Yunayted" öz meydanında uduzdu

"Mançester Yunayted" öz meydanında uduzdu

İdman

Bu gün, 05:06

İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində "Mançester Yunayted" - "Lids Yunayted" matçı keçirilib.

Modern.az xəbər verir ki, qarşılaşma "Lids Yunayted"in gözlənilməz qələbəsi ilə yekunlaşıb - 1:2. Qonaqlardan Noa Okafor 5 və 29-cu dəqiqələrdə vurduğu qollarla komandasını hesabda önə çıxarıb. Kazemiro 69-cu dəqiqədə hesab arasındakı fərqi birə endirib. "Mançester Yunayted"in bundan artığına gücü çatmayıb.

Qeyd edək ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Lisandro Martines 56-cı dəqiqədə qırmızı vərəqə alaraq Mançester təmsilçisini azlıqda qoyub.

"Mançester Yunayted" 55 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Lids Yunayted" 36 xalla 15-ci yerdədir. Turnir cədvəlinə isə 70 xalla "Arsenal" başçılıq edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi