Modern.az

“Dövlət sirri haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” qanunlara ciddi dəyişiklik ediləcək

 “Dövlət sirri haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” qanunlara ciddi dəyişiklik ediləcək

Təhsil

20 May 2014, 12:57

Məxfi informasiyalarla işləyən insanların siyahısı hazırlanacaq. Bununla bağlı “Dövlət sirri haqqında” qanuna dəyişiklik ediləcək. Bu barədə Modern.az-a millət vəkili Zahid Oruc məlumat verib.

O bildirib ki, sabah Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçiriləcək. İclasda Komitəyə Prezidentin imzası ilə daxil olan yeni iki qanunda dəyişikliklər müzakirə olunacaq. Deputatın sözlərinə görə, bunlar “Dövlət sirri haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” qanunlardır.

““Dövlət sirri haqqında” qanunun 3 maddəsinə dəyişiklik nəzərdə tutulur. Ümumiyyətlə, dəyişikliklər məxfi informasiyalarla işləməyə buraxılan şəxslərin dairəsi, eyni zamanda işə götürülmə ilə bağlı məsələlər ətrafında olacaq. Bununla bağlı qanunun 21, 23, 25-ci maddələrinə 10-a yaxın dəyişiklik nəzərdə tutulub. Onlarda məxfi informasiyalara işləyən insanların siyahısının müəyyənləşdirməkdən, o cümlədən işə qəbulla bağlı məsələlərdən söhbət açılıb”.

Gültəkin ƏLƏSGƏR

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü