Arxiv
14 İyul 2014, 13:55 | ÖLKƏ
Ermənistanda fəxri ad almış azərbaycanlılar - SİYAHI

Azərbaycan xalqının incəsənət sahəsindəki uğuru hər kəs tərəfindən qəbul olunur. Hansı ölkədə yaşamaqlarından asılı olmayaq, soydaşlarımız öz istedadları ilə tarixən gərgin münasibətlərdə olduqları ermənilərin də rəğbətini qazanıblar.

Modern.az saytı sovet dövründə Ermənistanın fəxri adlarını qazanan azərbaycanlıların siyahısını təqdim edir.

Ermənistan xalq artistləri


Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov
1962-ci ildə Ermənistanın xalq artisti adını qazanıb. Daha çox maestro Niyazi adı ilə tanınmış dirijor və bəstəkar 1912-ci il avqustun 7-də Tiflisdə anadan olub. Azərbaycana bir çox musiqiçilər bəxş etmiş tanınmış Hacıbəyovlar nəslindən olan maestro Niyazi 1951 və 1952-ci illərdə Stalin mükafatı, 1959-cu ildə isə SSR xalq artisti adını qazanıb. Yalnız bundan sonra onun istedadı Ermənistan SSR-də qiymətləndirilib. Niyazi Tağızadə-Hacıbəyov 1979-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru kimi çalışmağa başlayıb. Dirijor-bəstəkar 1984-cü il avqustun 2-də Bakıda dünyasını dəyişib.


Zeynəb Xanlarova
1978-ci ildən Ermənistan SSR xalq artistidir. 1936-cı il dekabrın 28-də Bakıda anadan olan Z.Xanlarova Azərbaycanın ən məşhur müğənnilərindən biri olub. Tez-tez qastrol səfərlərində olan sənətçi Azərbaycan və Ermənistandan savayı, Özbəkistanın da xalq artisti adını qazanıb.
1980-ci ildə isə Zeynəb Xanlarova SSRİ xalq artisti fəxri adını alıb. O, hazırda Azərbaycan Milli Məclisinin deputatıdır.


Sürəyya Sədrəddin qızı Qacar
1954-cü ildə Ermənistan SSR xalq artisti adını qazanmış məşhur opera müğənnisidir. O, 1910-cu il mayın 1-də Şuşa şəhərində andan olub. 1927-ci ildən Azərbaycan Opera və Balet Teatrının, 1940-cı ildən isə Dövlət Filarmoniyasının aparıcı solisti olub. 1946-1957-ci illər ərzində Sürəyya Qacar Ermənistan Dövlət Filarmoniyasının solisti olub. 1992-ci ildə dünyasını dəyişib.

Əməkdar artistlər


Yunis Hacı Süleyman oğlu Süleymanov
1935-ci ildə Ermənistanın əməkdar artisti adını qazanmış azərbaycanlılardan biridir. Daha çox yaradıcı təxəllüsü il - Yunis Nuri adı ilə tanınan aktyor 1878-ci il yanvarın 23-də İrəvanda anadan olub. O, Azərbaycan İrəvan Teatrının əsasını qoyan şəxslərdən biri sayılır. Ömrü boyunca İrəvanda yaşayan və yaradan Y.Nuri 1950-ci il yanvarın 5-də 72 yaşında vəfat edib.

Əli Fətullah oğlu Şahbazlı 1945-ci ildə Ermənistanın əməkdar artisti adına layiq görülüb. 1896-cı ildə anadan olmuş Ə.Şahbazlı da Azərbaycan İrəvan Dram Teatrı ilə sıx bağlı olub. Teatrda rejissor və aktyor kimi çıxış edən soydaşımız 1973-cü ildə dünyasını dəyişib.    

Əməkdar rəssam


Cabbar Əli oğlu Quliyev
1967-ci ildə Ermənistanın əməkdar artisti fəxri adını alıb. O, 1922-ci ildə Zəngibasar mahalında anadan olub. Böyük Vətən müharibəsi zamanı Mehdi Hüseynzadə ilə birlikdə İtaliyada partizan hərəkatında iştirak edib. Müharibədən sonra Cabbar Quliyev İrəvan teatrında rəssam kimi çalışıb və yerli ali təhsil müəssisələrindən birində dərs deyib. 80-ci illərin sonlarında isə Azərbaycan köçməyə məcbur olub. Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuş C.Quliyev dünyasını dəyişib.

Əməkdar İncəsənət xadimləri


Sabir Ələkbər oğlu Rzayev
1975-ci ildə Ermənistanın əməkdar incəsənət xadimi adını qazanıb. O, 1924-cü il aprelin 17-də İrəvan şəhərində anadan olub. Tanınmış kino tənqidçisi, kinoşünas və ssenarist kimi bütün ömrünü Ermənistan kinematoqrafiyasının inkişafına həsr edib. Sabir Rzayev erməni kino tənqidçiliyi sənətinin əsasını qoyub və uzun illər Ermənistan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktor müavini, Ermənistan Kinematoqrafçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışıb. O 1978-ci il dekabrın 20-də İrəvanda vəfat edib.


Baxşı Həsən oğlu Qələndərli
Ermənistan SSR əməkdar incəsənət xadimi. Tanınmış teatr rejissoru 1903-cü il iyulun 20-də anadan olub. O uzun illər ərzində (1934-1951) Azərbaycan İrəvan teatrının baş rejissoru kimi çalışıb. Daha sonralar isə Naxçıvan Dövlət Musiqili Dram teatrında baş rejissor kimi çalışıb. B. Qələndərli 1985-ci il sentyabrın 14-də Naxçıvanda vəfat edib. Onun cənazəsi İrəvanda dəfn olunub.

Vüqar İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qara dəniz sahillərində V əsrə aid xəzinə tapıldı 20 Oktyabr 2019, 00:17 Əli Kərimli sərbəst buraxılıb 19 Oktyabr 2019, 23:58 Kuba prezidenti Bakıya səfər edir 19 Oktyabr 2019, 23:32 NASA-dan xəbərdarlıq: Yerə iri asteroid  yaxınlaşır 19 Oktyabr 2019, 23:15 Braziliya sularına 100 tondan çox neft sızıb 19 Oktyabr 2019, 22:54 Rusiyada bənd uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:33 Bəndin uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:14 Mətbuat Şurası mitinqdə jurnalistlərin işinin monitorinqini aparıb 19 Oktyabr 2019, 21:47 “Barış çeşməsi”  kimləri susuz qoyacaq? - TƏHLİL 19 Oktyabr 2019, 21:26 Sumqayıt sakini avtomobilində ölü tapıldı 19 Oktyabr 2019, 20:58 Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq 19 Oktyabr 2019, 20:37 Qurbanov yüksək sürətlə maşın sürdüyünə görə cəzanlandırdığı oyunçusundan danışdı 19 Oktyabr 2019, 20:22 “Xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi cinayət məsuliyyəti doğuran haldır” - Əli Həsənov 19 Oktyabr 2019, 20:03 Ərdoğan: “Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək” 19 Oktyabr 2019, 18:02 14 marşrut xəttinin hərəkət sxemi bərpa edildi 19 Oktyabr 2019, 17:59 Böyük Britaniya parlamenti Brexit müqaviləsini səsverməyə çıxarır 19 Oktyabr 2019, 17:49 Milli Şuranın mitinqində 60 nəfər saxlanılıb - RƏSMİ 19 Oktyabr 2019, 17:36 Rəsmi Bakı Fransa məhkəməsinin qərarını alqışladı 19 Oktyabr 2019, 17:30 Əli Əhmədov: “Sanki onlar insanların rahatlığını pozmaqdan həzz alırlar” 19 Oktyabr 2019, 17:18 "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub 19 Oktyabr 2019, 17:11 Bakı polisi: “Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var 19 Oktyabr 2019, 16:46 “Avtoşluq” edən futbolçu “Qarabağ”ın heyətindən kənarlaşdırıb 19 Oktyabr 2019, 16:38 Tramp CNN-ni məhkəmə ilə hədələdi 19 Oktyabr 2019, 16:06 Merkel: G7 sammitinin keçiriləcəyi yeri seçmək Trampın hüququdur 19 Oktyabr 2019, 15:56 Türkiyə kürdləri barışığı pozmaqda ittiham etdi 19 Oktyabr 2019, 15:42 Azərbaycan hərbi xərclərini kəskin artırdı – “Müharibəyə hazır olmalıyıq” 19 Oktyabr 2019, 15:28 "28 May" istiqamətində 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib 19 Oktyabr 2019, 15:13 Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və... 19 Oktyabr 2019, 14:52 Rusiyada dəhşətli yanğında beşi uşaq olmaqla, yeddi nəfər ölüb 19 Oktyabr 2019, 14:38 Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb 19 Oktyabr 2019, 14:24 Sosioloq kişiləri yıxdı-sürüdü: “Qadın kimi qaş qaldırmağa, saç boyamağa maraq göstərirlər” 19 Oktyabr 2019, 14:11 Şirvana qonaq gələn Hacıqabul sakini itkin düşüb 19 Oktyabr 2019, 14:10 Azərbaycanda gələn il inflasiya neçə faiz olacaq? 19 Oktyabr 2019, 14:05 Şəmkirdə 2 uşaq anası itkin düşüb 19 Oktyabr 2019, 13:31 Bazar günü Bakıya yağış yağacaq 19 Oktyabr 2019, 13:20