Modern.az

Deputat ön cəbhədə məktəbin açılışında olub - FOTO

Deputat  ön cəbhədə məktəbin açılışında olub - FOTO

Təhsil

2 Sentyabr 2014, 15:01


Millət vəkili Qənirə Paşayeva ön cəbhədə Muncuqlu məktəbinin yeni binasının açılışında iştirak edib.

Modern.az xəbər verir ki, Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Muncuqlu kəndində yeni məktəb binası istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, ziyalılar çıxış edərək ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıblar.

Mərasimdə iştirak edən Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Azərbaycan dövlətinin iqtisadi qüdrətinin ildən-ilə artmasının ölkəmizdə təhsilin davamlı inkişafı üçün möhkəm zəmin yaratdığını deyib. Son on ildə təkcə Tovuz rayonunda çoxlu sayda yeni məktəb binası tikilib, əsaslı təmir edilib. Cari ildə isə rayonda altı yeni məktəb binası tikilərək istifadəyə verilib.

Yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə məktəbin müəllim və şagird heyətini təbrik edən millət vəkili Qənirə Paşayeva bu cür məktəbdə təhsil alacaq şagirdlərin təhsil göstəricilərinin ilbəil daha da artacağına inamını ifadə edib. Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva bunun ölkəmizdə hər zaman təhsilə dövlət səviyyəsində göstərilən diqqətin və qayğının nəticəsi olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu  və kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək ön cəbhədə gənclərimizin təhsill, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb və onlara yeni dərs ilində uğurlar arzulayıb.

Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, ziyalılar təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Rəmzi qırmızı lent kəsildikdən sonra məktəb binasına baxış oldu və məktəbin kollektivi, müəllim və şagird heyəti ilə və kənd sakinləri ilə geniş söhbət olub. 


Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir