Modern.az

Azərbaycanın Türkiyədəki səfirliyi siyasi təxribatdan bəhs etdi - AÇIQLAMA

Azərbaycanın Türkiyədəki səfirliyi siyasi təxribatdan bəhs etdi - AÇIQLAMA

Təhsil

2 Sentyabr 2014, 17:25


“Məlumat üçün bildirmək istərdik ki, Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş viza rejiminin tətbiqində heç bir dəyişiklik olmamaqla, iki qardaş ölkə arasında mövcud sadələşdirilmiş viza rejimi bu günə qədər tətbiq olunduğu qaydada davam etdirilir”.
Bu açıqlamanı Modern.az saytına Azərbaycanın Türkiyədəki səfirliyindən iki ölkə arasında sadələşdirilmiş viza rejiminin olmadığına dair xəbərə münasibət bildirərkən veriblər.

“Viza rejiminin dəyişdirilməsinə dair Səfirliyin mətbuat xidmətinə istinadla yayılmış məlumatlar siyasi təxribat xarakterli şayiədən başqa bir şey deyildir”-deyə səfirlik bəyan edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir