Modern.az

Rusiyalı milyarder erməni biznesmenə görə həbs olundu

 Rusiyalı milyarder erməni biznesmenə görə həbs olundu

Təhsil

17 Sentyabr 2014, 11:53

“Sistema” şirkətlərin qrupunun təsisçisi və direktorlar şurasının sədri Vladimir Yevtuşenkov məhkəmənin qərarı ilə ev dustağına çevrilib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, erməni biznesmen Levon Ayrapetyanın cinayə işi üzrə həbs edilən Yevtuşenkov dövlətə məxsus “Başneft” şirkətinin səhmlərini bilərəkdən ucuz qiyəmtə almaqda təqsirləndilir.

“Forbes” jurnalının son reytinq cədvəlində 9 milyard dollar sərvətlə ən zəngin 15-ci Rusiya biznesmeni sayılan Yevtuşenko maliyyə cinayətlərində ittiham olunur. Onunla yanaşı, cinayət işində erməni biznesmen Levon Ayrapetyan, sabiq Başqırdıstan prezidenti Murtuza Rəhimovun oğlu Ural Rəhimov və keçmiş Federasiya Şurası üzvü İqor İzmeestyevin adı keçir.

Xatırladaq ki, Vladimir Yevtuşebnko Moskvanın keçmiş meri Yuri Lujkovun bacanağıdır.




Vüqar İsmayılov  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı