Modern.az

Putindən Krımın işğalı ilə ETİRAFLAR

Putindən Krımın işğalı ilə ETİRAFLAR

Aktual

9 Mart 2015, 23:20


Rusiya prezidenti Vladimir Putin Krımın ilhaq edilməsi prosesləri ilə bağlı etiraflar edib. Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə Kreml başçısı bildirib ki, “Rossiya-1” telekanalının “Vətənə yol” televiziya filmi üçün müsahibədə Krımın ölkəsinə birləşdirilməsindən danışıb.  

Vladimir Putin bildirib ki, fevralın 22-dən 23-nə keçən gecə boyunca (2014-cü ildə) apardığı danışıqlar səhər saat 7-yə kimi davam edib. “Mə gizlətməyəcəyəm, müzakirələrdən sonra kolleqalarıma bildirdim ki, Ukraynada vəziyyət gərgindir və buna görə də Krımın Rusiya tərkibinə birləşdirilməsinə məcburuq. Çünki biz bu ərazini və oradakı insanları millətçilərin buz meydançasının altına ata bilməzdik”,-deyə Vladimir Putin söyləyib.  

Rusiya lideri Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin ölkədən çıxarılması əməliyyatından da söz açıb: “Radio müşahidə ilə bizim xidmət onun kortejini aparmağa başladı. Hər dəfə onunla telefonla əlaqəyə  çıxırdım və onun yeri müəyyən edilirdi”.  

Qeyd edək ki, ötən ilin fevral ayının 22-də Ukraynadakı Qərb meylli qüvvələr Viktor Yanukoviçi hakimiyyətdən devirdi. Bundan sonra isə, martın 16-da Krımda Rusiyaya birləşməklə bağlı qanunsuz və dünya birliyi tərəfindən tanınmayan referendum keçirildi. Nəticələrə görə səsvermədə iştirak edənlərin əksəriyyəti Krımın Rusiyaya birləşməsini dəstəkləyib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü