Modern.az

Azərbaycan təhsilinin Milli Konsepsiyası varmı, yoxmu?

Azərbaycan təhsilinin Milli Konsepsiyası varmı, yoxmu?

13 Mart 2015, 11:51

“Azərbaycan tarixi” ilə yanaşı, “Qarabağ tarixi”ni ictimailəşdirmək çox qorxuludur... 

I yazı

Hazırda Türk Cümhuriyyətlərinin (Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan) əsas problemlərindən biri təhsil və elm sahəsində çalışan müəllimlərin, alimlərin milli-mənəvi və fəlsəfi dünyagörüşlərinin istənilən səviyyədə olmamasıdır. Bu dövlətlər müstəqillik dönəmində elm və təhsil sahəsində bir sıra reformalar-islahatlar həyata keçirsələr də, hələ də ciddi problemlərlə başbaşadırlar. Özəlliklə, müəllim-tələbə, alim-magistr, alim-doktrant arasında ziddiyyətlər özünü daha çox büruzə verir. Bu o anlama gəlir ki, yalnız yeni qanunlarla, reformalarla təhsildə ciddi dönüşün baş verməsini gözləmək doğru deyildir.

Əslində  təhsillə əlaqəli diqqətçəkici əsas məsələ müəllimlərin və tələbələrin milli-mənəvi dəyərlərə olan fərqli münasibətləridir. İlk baxışda bu fərqlər və ziddiyyətlər tolerantlıqla, çoxmədəniyyətliliklə əsaslandırıla bilər. Amma bu gün  müəllimlərlə tələbələr arasındakı ünsiyyət və anlaşmada yetərincə problem varsa, deməli burada əsas məsələ tolerant dövlət, tolerant insan olmaq deyil, hər iki tərəfin dünyagörüşündəki ziddiyyətlərin dərinliyidir. Ümumiyyətlə, məncə tolerantlıq, çoxmədəniyyətlilik məsələlərində, öncəliklə bu məsələlərin gənc nəsilə aşılanmasında həddən artıq həssas olmalıyıq.

Çünki bir zamanlar, yəni 1920-1930-cu illərdə Azərbaycanda da mövcud olmuş Sovet kosmopolitzminin yenidən dirçəlməsi müşahidə olunur. O zaman Azərbaycanda Sovet kosmopolitzminin kor-koranə təbliğatçıları, indiki radikal tolerantlıq tərəfdarları kimi tara, saza, papağa və başqa milli dəyərlərə qarşı çıxırdılar.  Bu gün də belə hallar müşahidə olunur. Az qala milli-mənəvi dəyərlərə aid hər bir anlayış radikal tolertlıq tərəfdarlarınca mühafizəkarlıq kimi qarşılanır. Bir sözlə, aşırı Qərb-Avropa heyranlığı bir çoxlarının gözlərini inanılmaz dərəcədə qamaşdırıb. Məncə, bu gün Sovetlər Birliyində yaşamış Türk Cümhuriyyətlərinin əsas problemi tolerant olmaq, kosmopolit olmaq deyil, milli təhsildəki problemlər olmalıdır. Biz, ilk növbədə Azərbaycan üçün insan, vətəndaş yetişdirməliyik, dünya üçün yox. Hər halda vətəninə, millətinə, dövlətinə sahib çıxa bilməyən tolerant olub dünyaya da sahib çıxa bilməyəcəkdir.


Bu anlamda əsas diqqəti 20-25 il bundan öncə Sovetlər Birliyində yaşamış müəllimlərlə və təhsil idarəediciləriylə bu günün gənc nəslin milli-mənəvi və fəlsəfi dünyagörüşündəki problemlərə yönəltməliyik. Yəni onlar arasında ortaq “dil”in tapılması daha vacibdir, nəinki tolerant olub başqa millətlərlə “dil” tapmaq. Biz, onu da yaxşı bilirik ki, bütün dövrlərədə müəllim və şagird, yaxud da müəllm və tələbə, ata və ogul arasında fikir ayrılıqları olmuşdur. Amma bunun üzərinə iki fərqli sosial-siyasi və ideoloji quruluşda yaşamaq məsələsi də əlavə olunursa, dogrudan da yeni dövr müəllimlərinin milli-mənəvi və fəlsəfi dünyagörüş baxımndan hansı zorluqlar yaşadıqları məlumdur.

Hər halda müəllimlər bir ideoloji quruluş da yaşayıb, bundan da irəli gələrək fərqli təhsil sistemi görübsə, ancaq artıq yeni bir ideoloji quruluşla və  həmin quruluşun şagirdləri-tələbələri  ilə başbaşa qalıbsa, bunu sıradan bir vəziyyət saymaq qətiyyən doğru deyildir. Əgər kimlərsə, özəlliklə təhsil və elm siyasətinin aparıcıları bu məsələni ciddiyə almırlarsa, bu o deməkdir ki, bütöv bir nəslin gələcəyi zərbə altında qalır. Çünki bir millətin gələcəyi  onun gənc nəslinin hansı dəyərlər əsasında formalaşmasıyla çox bağlıdır. Ən azı ona görə ki, bir toplumu bütün anlamlarda (istər fikir döyüşündə, istərsə də hərb meydanlarında) daha çox ayaq üstə tutan, müdafiə edən tolerant düşüncəli gənclər deyil, milli-mənəvi dəyərlərə sahib gənclər olurlar. Bu anlamda müəllimin özündə, yəni şüurunda mill-mənəvi dəyərlər və fəsəfi dünyagörüş olmalıdır ki, gənc nəsli də bu yöndə təlim-tərbiyə versin.

Bu cür məsələlər də ciddi problemlərlə üz-üzə qalan Türk dövlətlərindən biri də  Azərbaycandır. Belə ki, Azərbaycanda müəllim və alim hazırlama siyasətinə müstəqilliyimizin bərpasından (1991) bu günə qədər əsasən ciddi önəm verilməmiş, bunun da nəticəsində yeni nəslin milli-mənəvi dəyərlər prinsipləri əsasında formalaşaması yalnız quru söz olaraq qalmışdır və qalmaya da davam edir. Məsələnin bu cür səviyyəyə gəlib çıxmasının isə müxtəlif səbəbləri vardır. Bunların arasında bir millətin bu gününü və gələcəyini müəyyənləşdirən təhsildəki ciddi elmi-fəlsəfi və milli-mənəvi sahədəki boşluqlardır. Belə ki, təhsil və elm sahəsində aparıcı mövqeye malik olanlar bir çox hallarda millətin övladlarının bu gününü və gələcəyini deyil, yalnız özlərini və ətrafındakıların yaxşı yaşamalarını qarşılarına əsas məqsəd kimi qoyublar.

Azərbaycanın təhsil sahəsindəki ən ciddi problem bir tərəfdən bu sahədəki idarəedicilərin əksəriyyətinin “Sovet ideolojisi”ndən qurtulmaması, digər tərəfdən tıhsil idarəçiliyinə gənc kadr kimi cəlb edilənlərin əksəriyyətinin burunlarından uzagı görə bilməmələridir. Bəzən belə bir fikir yaranır ki, kimlərsə bilərəkdən Azərbaycan təhsilndə intellektual və milli kadrların olmasının qarşısını alırlar. Sadəcə, özümüzə və dünyaya təhsil sahəsində ideal qanunların olmasını, bir də Avropada-Qərbdə təhsil sahsindəki yeniliklərin surətini həyata keçirməklə məşğuluq. Gənclərimizə daha çox çoxdilliliyi və kompyüter bilgilərinin olmasını aşılayırıq. Halbuki bunlardan önəmlisi milli-mənəvi dəyərlər və əxlaqi-fəlsəfi dünyagörüşdür.

Təhsil sisteminin düzgün müəyyənlədirilməməsinin nəticəsidir ki, “Təhsil haqqında” qanun qəbul olunduqdan sonra da dediyimiz müddəalar gerçəkləməmiş qalır. Üstəlik, orta və ali məktəblərdə islahatlar adı altında Sovetlər Birliyi dönəmindən qalan pis-yaxşı təhsil sistemi də çökmüşdür. Bizcə, Bolonya və Kredit, Kirrikulum təhsil sistemi kimi Avropadan-Qərbdən Azərbaycana gətirilərək tətbiq edilənlər Azərbaycanın gənc nəslinin intellektual və milli kadr kimi formalaşmasına ciddi zərbə vurmuşdur. Çünki həmin təhsil sistemləri Avropa ali məktəblərində ayrı-ayrı dönəmlərdə sınaqlardan keçirilərək tətbiq olundugu halda, Azərbaycanda isə kor-koranə və başqa niyyətlərlə həyata keçirilmişdir.

Öncəlliklə, bu günə qədər Azərbaycanda İbtidai sinif müəllimlərinin hazırlanması prosesi çox aşağı səviyyədədir. Belə ki, Təhsil sahəsində hələ də qurtula bilmədiyimiz rüşvət və b. qeyri-qanini hərəkətlər İbtidai sinif müəllimlərinin hazırlnması prosesinə də mənfi təsirini göstərmişdir. Gənc ibtidai sinif müəllimlərinin xeyli bir qisminin yetərincə həm ixtisas biliklərinə, həm də milli-mənəvi dəyərlərə, fəlsəfi dünyagörüşə malik ola bilməməsi, onlara münasibətdə etimad hissini formalaşdıramamışdır. Bunun da nəticəsidir ki, bu gün Azərbaycan valideynlərinin xeyli bir qismi uşaqlarını 1-ci sinifə yollayarkən, gənc ibtidai sinif müəllimlərinə deyil, daha çox Sovet dövrünün təcrübəli, yaşlı nəslinə üz tuturlar. Bizcə, ibtidai sinif müəllimlərinin gəncləşdirilməsi çox önəmlidir. Amma onların hazırlanması ondan da vacibdir.

Digər tərəfdən Təhsil sahəsində ən ciddi problemi təhsili idarə edənlərlərqli məkrqli məktəbllərəkn oynayır. lər arasında ınıln  baglıdır. Başqa sözlə, yeni nəsilin təhsillə əlaqəli həm “Sovet məktəbi” görmüş müəllimi, həm də “Sovet zehniyyətli” idarəedicisi problemi var.

Bu anlamda “Sovet məktəbi” təhsili sistemi ideolojisindən qurtula bilməyən müəllimlərin  və təhsil idarəedicilərinin müstəqil gənc nəsli milli şuurda, milli-mənəvi dəyrələr əsasında formalaşdırması inandırıcı deyildir. Maraqlıdır ki, Sovet təhsili sisteminin yüksək keyfiyyətindən danışan  bu müəllimlərin və təhsil idarəedicilərinin əksər qismiimdiki təhsil sistemindəki boşluqları başqa yerdə axtarırlar. Halbuki indi ibtidai, orta, texnikum və ali məktəblərdə, universitetlərdə çalışan müəllimlərin, milli təhsil sistemindəki idarəedicilərinin böyük qismi istəsək də, istəməsək də Sovetlər Birliyi dönəminin yetirmələridir. Belə olduğu təqdirdə, həmin müəllimlər, təhsil idarəediciləri nədən SSRİ dönəmindəki təhsil keyfiyyətini şagirdlərə, tələbələrə  verə bilmirlər? Yəni buna əngəl olan nədir? Sovet təhsil sistemini müdafiə edən bu cür müəllimlər  və təhsil idarəedicilərinə görə problem onlarla deyil, milli təhsil  sistemindəki boşluqlarla bağlıdır. Onlar bu məqamda bir qədər haqlıdırlar. Doğrudan da təhsil sistemimiz milli stategiya baxımından dəqiq deyildir. Yəni tam olaraq Azərbaycam təhsil sistemi nə Avropa təhsilinə, nə də Şərq təhsilinə uygun deyildir. Bir sözlə, Azərbaycanda təhsil sistemi yarımçıqdır. Təhsil sistemindəki natamamlıqda isə əsas rol “Sovet məktəb”ini bitirmiş müəllimlərin və təhsil idarəedicilərinin üzərinə düşür.

Hər halda bu bir gerçəklikdir ki, bu gün milli şüurun (vətənpərvərlik, millətpərvərlik, islampərvərlik və s.) istənilən keyfiyyətdə formalaşmamasının əsas səbəbkarları “Sovet məktəb”ini bitirmiş müəllimlər və təhsil idarəediciləri dir.  Onlar dünyagörüşcə “sovet milləti”nə əsaslandıqları üçün gənc nəsildə müstəqill fəlsəfi dünyagörüş və millilik ruhunu aşılamaqda çətinlik çəkirlər. Üstəlik, “Sovet məktəb”ini bitirmiş müəllimlər qurtula bilmədikləri sovet ideolgiyasının təsiri altında yazdıqları dərsliklər, dərs vəsaitləri və digər kitablarla şagirdlərin, tələbələrin milli şüurda formalaşmasına əngəl olurlar. Məsələn, 2014-cü ildə Təhsil Nazirliyinin qrifiylə “Qarabağ tarixi” adlı dərs vəsaiti nəşr olunmuşdur. Azərbaycanın Təhsil Nazirliyi "Qarabağ tarixi" adlı dərs vəsaitini nəşr etməklə, hansı niyyəti güdür, şəxsən mənə aydın deyil... Məncə, “Azərbaycan tarixi” ilə yanaşı “Qarabağ tarixi”ni ictimailəşdirmək çox qorxuludur. Bu anlamda "Qarabağ tarixi" adlı dərs vəsaitinin nəşrinə dövlət səviyyəsində razılıq vermək, üstəlik burada Qarabağ əhalisindən ayrıca bir əhali kimi bəhs etmək Azərbaycanın unitarlığına birbaşa zərbədir... Mən başa düşə bilmirəm ki, Təhsil Nazirliyinin başında dayananlar bunu anlamırlar mi? Biz millətin şüuruna Azərbaycan Milli İdeyasının yeridib, bütövlüyə nail olmaq ugrunda mübarizə apardığımız bir zamanda belə kitabları dərs vasıiti kimi nəşr etmək qətiyyən dogru deyildir....Bu cür kitablar təhsil ocaqlarından dərhal qaldırılmalıdır...Özü də təcilli olaraq

Bütün bunlar onu gəstərir ki, “sovet millətçiliyi” təfəkkürlü müəllimlərinin və təhsil idarəedicilərinin İslam dininə, türklüyə, azərbaycançılığa, müasirləşməyə baxışlarında da ziddiyyətli məqamlar var. “Sovet millətçilyi” təfəkküründə təhsil görmüş müəllimlərin  və təhsil idarəedicilərinin əksər qismi İslam dininə, türklüyə, azərbaycançılığa, müasirləşməyə «rus kommunizmi» məfkurəsindən yanaşırlar. Bu anlamda “sovet millətçiliyi”ndən qurtulamayan müəllimlərin və təhsil idarəedicilərinin tanınmış şəxsiyyətlərə  - Dədəd Qorquda, Nizami, Gəncəviyə, A.A.Bakıxanova, Ş.İ.Xətaiyə, Əmir Teymura, Əlişir Nəvaiyə, Ə.Yəsəviyə, İbn Sinaya, M.Farabiyə, M.Ə.Rəsulızadəyə və başqalarına baxışlarında da gənc nəsillə müqayisədə xeyli fərqliklər var.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!