Modern.az

Hüsnü Mübarəkin ölüm xəbəri yayıldı

Hüsnü Mübarəkin ölüm xəbəri yayıldı

Dünya

15 Aprel 2015, 16:36


Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin ölüm xəbəri yayılıb. Modern.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb. Agentlik 87 yaşlı eks-prezidentin sağlamlığındakı problemlər səbəbindən öldüyünü bildirir. Xəbəri bir neçə müstəqil mənbə təsdiqləsə də, Misir rəsmiləri hələ ki açıqlama verməyib.

1981-ci ildə prezident Ənvər Sədat sui-qəsd nəticəsində öldürüldükdən sonra hakimiyyətə gələn Mübarək 2011-ci ilə qədər prezident olub. 2011-ci il fevralın 11-də “ərəb baharı”nın təsiri ilə başlayan xalq etirazları nəticəsində istefa verib.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir