Arxiv
24 Sentyabr 2010, 17:03 | MEDİA
«Rəsmi Azərbaycan»dan Mətbuat Şurasına şikayət edilib

Bü gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 4 mətbu nəşrlə bağlı müraciətləri araşdırıb.

«Azadlıq» qəzetinə tövsiyyə

Komissiya əvvəlcə Cəlilabad poçt filialının və İmişli rayonunun Bəcirəvan kənd sakini Qismət Cəfərovun «Azadlıq» qəzeti ilə bağlı şikayətlərini müzakirə edib. Qəzetin baş direktoru Azər Əhmədov nəşrin 17 və 27 avqust 2010-cu il tarixli saylarında gedən «Poçt şöbəsində 5 min manat qiyamı» və «İmişlidə prezident fərmanı işləmir» sərlövhəli yazılarla bağlı qarşı tərəfin mövqelərini əks etdirən materialların dərc olunduğu barədə məlumat verib. Qarşı tərəf bunu razılıqla qarşıladığından komissiya məsələləri həll olunmuş sayıb. Şikayətlər üzrə Komissiya bununla yanaşı qəzetə belə materialların təqdimatında balans prinsipinin tələblərinin gözlənilməsini, yazılarda qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməsini tövsiyyə edib.

«Rəsmi Azərbaycan» qəzeti ilə bağlı məsələni «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası araşdıracaq

Sonra komissiya Bakı Şəhər Baş Polis İdarəsinin «Rəsmi Azərbaycan» qəzetinin əməkdaşı Rövşən Əliyevin peşə etikası ilə bir araya sığmayan hərəkətləri barədə təqdimatına baxıb. R.Əliyev məsələnin hüquqi müstəvidən çıxarılaraq MŞ-nin müzakirəsinə verildiyi üçün Mətbuat Şurasına minnətdarlığını bildirib. O, komissiya üzvlərinin suallarını cavablandırarkən orta təhsilli olmasını, maddi təmənna müqabilində baş redaktor Ruslan Cabbarovdan qəzetin vəsiqəsini almasını və dərc etdiyi hər yazının müqabilində mətbu nəşr rəhbərinə pul ödədiyini bildirib. Komissiya yekdiliklə rəyə gəlib ki, bu kimi hallar peşə fəaliyyəti ilə bir araya sığmadığından «Rəsmi Azərbaycan» qəzeti ilə bağlı məsələnin Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında araşdırılması vacibdir.

«Bizim dövr»ün mətbu prinsiplərə zidd yolu

Komissiyada «Bizim dövr» qəzeti ilə bağlı 3 şikayətə baxılıb. Belə rəyə gəlinib ki:
1. «Bizim dövr» qəzetinin Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanseri, Şəki Şəhər Qarışıq Tipli Uşaq Müəssisəsi, Mil Qarabağ və Aşağı Şirvan Kollektorları İstismarı İdarəsi ilə bağlı və digər şikayət doğuran yazılarında «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın tələblərinə dəfələrlə sayğısızlıq göstərilib.
2. Nəşrin fəaliyyətində peşə prinsipləri ilə bir araya sığmayan digər hallar da üstünlük təşkil etdiyindən Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına həmin mətbu orqanla əlaqədar müvafiq araşdırma aparmaq tövsiyyə olunsun.
3. «Bizim dövr» qəzeti ilə bağlı MŞ-yə daxil olan şikayətlərdə hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu halların üstünlük təşkil etdiyi nəzərə alınaraq həmin materiallar müvafiq orqanlara göndərilsin.

«Məhkəmə və qanun» qəzeti ilə bağlı materialların da hüquq-mühafizə orqanlarına göndərilməsi məqsədəuyğun sayılıb

Komissiya Bakı şəhər sakinləri Zoya Hüseynovanın, Çimnaz Hüseynovanın və başqalarının «Məhkəmə və qanun» qəzeti ilə bağlı müraciətlərinə baxarkən aydınlaşdırıb ki, bu məsələlərin də motivində hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu cəhətlər var. Komissiya bütün bunları nəzərə alaraq toplanmış materialların aidiyyatı üzrə göndərilməsi barədə rəy çıxarıb.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib 27 Fevral 2021, 13:06 Xarici jurnalistlər Füzuli və Cəbrayıldakı erməni vəhşiliyin öz gözləri ilə gördü 27 Fevral 2021, 12:53 Türkiyədə məktəblər bu tarixdə açılır 27 Fevral 2021, 12:46 Floridada Xocalı qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb 27 Fevral 2021, 12:37 Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub 27 Fevral 2021, 12:29 Cenevrədə Xocalı soyqırımına həsr edilmiş aksiya keçirilib 27 Fevral 2021, 12:14 Bazar günü 16 dərəcəyədək isti olacaq 27 Fevral 2021, 12:03 Bakıda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri – SİYAHI 27 Fevral 2021, 11:53 Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb 27 Fevral 2021, 11:39 Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır – Mehr agentliyi 27 Fevral 2021, 11:37 Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ 27 Fevral 2021, 11:16 Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır   27 Fevral 2021, 11:01 Şəhər rəhbərliyi qazi və şəhid ailələri ilə görüşüb 27 Fevral 2021, 10:53 Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 27 Fevral 2021, 10:42 Bu il şəhid ailələrinə və müharibə əlillərinə nə qədər ev veriləcək? - AÇIQLAMA 27 Fevral 2021, 10:33 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 27 Fevral 2021, 10:17 Bu gün Əfv Məsələləri Komissiyası növbəti müraciətlərə baxacaq 27 Fevral 2021, 10:01 Paşinyana qarşı qiyam qaldıran general kimdir... - ŞƏRH 27 Fevral 2021, 09:54 ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib 27 Fevral 2021, 09:38 İTBAŞI (17-ci bölüm) 27 Fevral 2021, 09:37 Cəsur döyüşçülər: “Əsir götürdüyümüz erməni deyirdi ki, “Azərbaycan əsgərini belə bilmirdik”” - FOTOLAR 27 Fevral 2021, 09:28 Səudiyyə vəliəhdi jurnalistin qətlinə göstəriş verib – ABŞ kəşfiyyatı 27 Fevral 2021, 09:22 Təyyarə qəzası: 3 ölü 27 Fevral 2021, 09:07 İsveçrə sakini lotereyada 210 milyon avro qazandı 27 Fevral 2021, 08:58 ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq - Co Bayden 27 Fevral 2021, 01:28 Dünyada koronavirusun olmadığı yerlər 27 Fevral 2021, 01:08 Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək 27 Fevral 2021, 01:00 Bakıda gənc oğlanı maşın vurdu 27 Fevral 2021, 00:53 İlham Əliyevin 4 saatdan çox davam edən mətbuat konfransının TAM MƏTNİ 27 Fevral 2021, 00:40 İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi 27 Fevral 2021, 00:32 İlham Əliyevdən “İsgəndər” AÇIQLAMASI 27 Fevral 2021, 00:23 “Deyirdim ki, sizin əl sıxdığınız insanlar məscidlərdə donuz saxlayanlardır” 27 Fevral 2021, 00:11 İmişlidə qadın üç övladı ilə çadırda yaşayır – VİDEO 26 Fevral 2021, 23:58 ABŞ İrana qarşı sanksiyaları yumşaltmayacaq - Ağ Evdən açıqlama 26 Fevral 2021, 23:45 ATƏT PA-da Ermənistanın törətdiyi hərbi cinayətlərin siyahısı xatırlandı – VİDEO 26 Fevral 2021, 23:32