Modern.az

“Karabağ hikayeleri” Türkiyədə ən çox diqqət çəkən kitab oldu

“Karabağ hikayeleri” Türkiyədə  ən çox diqqət çəkən kitab oldu

Təhsil

18 May 2015, 10:41

Türkiyənin Malatya şəhərində keçirilən Malatya Kitab Fuarında millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub. Kitabın təqdimat və imzalanma mərasimində yüzlərlə insan, özəlliklə gənclər  qatılıb.  Malatya valisi, Malatya İ.İnönü Universitetinin rektoru və universitetin bir çox alimləri, bələdiyyə başqanları, millət vəkilləri, o cümlədən Türk dünyasından bir çox insanlar da  “Karabağ hikayeleri”nin imzalanmasına qatılıblar və bu kitabın çox önəmli olması barədə fikirlərini bölüşüblər.

Türkiyə KİV-lərinin geniş iştirak etdiyi tədbirdə millət vəkili Qənirə Paşayeva və araştırmaçı yazar İmdat Avşar kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildiriblər.

“Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə inanırıq”.

Tanıtım və imzalanma mərasimində Qənirə Paşayeva və İmdat Avşar mərasimə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıblar.
Millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi ilə bağlı konfrans da keçirib.

Qeyd edək ki, “Karabağ hikayeleri” adlanan bu kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva, Elçin Hüseynbəyli, Məqsəd Nur, Aydın Tağıyev, Aslan Quliyev, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şıxlı, Narıngül Nadirqızı, Kamran Nəzirli, Əkbər Qoşalı, Akif Əli, İmdat Avşar, Mahir Qabiloğlu kimi ədiblərin Qarabağ mövzusunda ağrı, nisgil dolu hekayələri yer alıb. Bu əsərlər iyirminci yüzildə  dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.
Türkiyənin “Kun” kitab evində çıxan kitab Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə işıq üzü görüb. 


Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı