Modern.az

Qız Qalası “Avropada ilin muzeyi” mükafatı qazanıb

Qız Qalası “Avropada ilin muzeyi”  mükafatı qazanıb

Təhsil

18 May 2015, 17:58

Bu il Şotlandiyanın Qlazqo şəhərində Avropanın 21 ölkəsinin nüfuzlu muzeyinin iştirak etdiyi "Avropada ilin muzeyi" müsabiqəsində Qız Qalası seçim mərhələlərindən keçərək “Muzeyin ictimai əhəmiyyətliyinin artırılması sahəsində əldə etdiyi mühüm nailiyyətlərə görə” nominasiyasında yer alıb.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Modern.az-a verilən məlumata görə, Qız Qalası bu nominasiya ilə muzey işinin təkmilləşdirilməsi sahəsinə verdiyi əhəmiyyətli töhfəyə görə təltif edilib.

Avropa Muzey Forumu (European Museum Forum) tərəfindən keçirilən "Avropada ilin muzeyi" müsabiqəsi (EMYA - European Museum of the Year Award) dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrdən biridir. Müsabiqə geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır. 

Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı yenidənqurmadan keçmiş, yeni bölüm yaratmış muzeylər iştirak edə bilər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü