Modern.az

Yaralılalra natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulub

Yaralılalra natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulub

Təhsil

19 May 2015, 21:29

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatına görə, nazirliyin Referens-labratoriyasında hospitalizə olunmuş yaralıların qanları müayinə olunub. Müayinələr zamanı xəsarət alanlara natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulub. Orta və ağır dərəcə dəm qazından zəhərlənmə nəticəsində yaralıların qanlarında karboksiqemoqlobin aşkrlanıb.

Bakı şəhəri Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar 50 nəfər yaralı Təcili Tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilibr. Səhiyyə Nazirliyi bildirib ki, əvvəlcədən yaralılarıт qəbulu üçün tam hazır vəziyyətdə olan xəstəxanalarda yaralılara ən yüksək səviyyədə bütün lazımi tibbi yardım göstərilir. Ümumilikdə xəsarət alanların sayı 50 nəfərdir. Aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin müavinləri xəstəxanalara gedib, yaralıların hazırkı vəziyyəti ilə şəxsən tanış olublar və lazımi göstərişlər veriblər.

Xəstəxanalarda olan yaralıları həyati təhlükəsi yoxdur

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı