Modern.az

ABŞ polisi 385 nəfəri öldürüb

ABŞ polisi 385 nəfəri öldürüb

31 May 2015, 17:22


2015-ci ilin 5 ayı ərzində ABŞ polisləri 385 nəfəri öldürüblər. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu, hər gün təxminən 2 nəfərin öldürülməsi deməkdir. Bu həm də ötən illərin göstəricilərini geridə qoyur.

Keçmiş polis rəisinin, indi isə Vaşinqton polis fondu qeyri-hökumət təşkilatının prezidenti Cim Bumermanın fikrincə, bu göstərici ciddi şəkildə azaldılıb və polislərin törətdiyi cinayətlərin sayı daha çoxdur, onlar, sadəcə, sənədləşdirilmir.

Son zamanlar ABŞ-ın şəhərlərində polis əməkdaşlarının özbaşınalıqları ilə bağlı tez-tez qarşıdurmalar baş verir. 2014-cü ilin noyabr ayında bu cür hadisə Ferqyussonda, bu il aprelin sonunda isə Baltimorda qeydə alınıb.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı