Modern.az

Obamadan Netanyahuya ağır İTTİHAMLAR

Obamadan Netanyahuya ağır İTTİHAMLAR

Dünya

3 İyun 2015, 13:50

ABŞ prezidenti Barak Obama İsrailin Fələstin münaqişəsinin həlli ilə bağlı 2 dövlət yaratmaq ideyasının ciddi olmadığını bəyan edib.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə Barak Obama İsrailin “Kanal 2” telekanalına müsahibəsində bu barədə danışıb. Ağ Ev rəhbəri bildirib ki, beynəlxalq ictimaiyyət İsrailin bu vədinin ciddi olduğuna inanmır.  

“İsrailin baş naziri parlament seçkilərindən öncə verdiyi açıqlamada bildirdi ki, 2 dövlət ideyası həll variantı deyil. Güman edirəm ki, Netanyahu bununla Fələstin dövlətinin yaradılması ehtimalını dilə gətirirdi. Amma Netanyahunun bunun üçün irəli sürdüyü şərtlərə yaxın zamanlarda əməl ediləcəyinə inanmaq real deyil. İsrailin mövqeyi onun etibarının tamamilə itirilməsi təhlükəsinə gətirib çıxarır”,-deyə Barak Obama qeyd edib.  

ABŞ lideri “altılıq” ölkələrinin (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya + Almaniya) İranla apardığı nüvə müzakirələrinə İsrailin etiraz etməsinə də münasibətini açıqlayıb.O deyib ki, İsrailin öz təhlükəsizliyini önə çəkərək danışıqlarda razılığın əldə olunmasına qarşı çıxması başa düşüləndir.  

“Netanyahunun İsrailin təhlükəsizliyini düşündüyünə inanıram. İranın nüvə əldə etməməsi İsrailin marağındadır. Amma hərbi variant da problemi həll etməyəcək”.  

Qeyd edək ki, Benyamin Netanyahu iqtidarda olacacağı müddətdə Fələstinin dövlət olaraq mövcudluğuna imkan verməyəcəyini vurğulayıb. Lakin parlament seçkilərindən öncə, Netanyahu bunun əksi olan açıqlamaları ilə yadda qalmışdı.

Onu da xatırladaq ki, bu ilin aprel ayında “altılıq” ölkələri İsveçrənin Lozanna şəhərində İranla Tehranın nüvə proqramına dair mühüm razılaşma əldə edib.Tərəflər arasında yekun sazişi iyun ayının 30-na qədər imzalanacağı gözlənilir.  

Əldə edilən nüvə razılaşmasının əleyhinə olan İsrailin məhz bu məsələyə görə strateji müttəfiqi ABŞ-la münasibətlərində gərginlik yaranıb.  

Aqşin Kərimov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü