Modern.az

Xoşqədəm Baxşəliyeva deputatlığa namizədliyini irəli sürdü

Xoşqədəm Baxşəliyeva deputatlığa namizədliyini irəli sürdü

Dünya

2 Oktyabr 2010, 15:27

Tanınmış jurnalist, “Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva parlament seçkilərinə qatılmaq qərarını verib. X.Baxşəliyeva deputatlığa namizədliyini 122 saylı Xankəndi  Seçki Dairəsindən irəli sürüb. Bu barədə Modern.az-a 122 saylı DSK-dan məlumat verilib.
122 saylı Xankəndi Seçki Dairəsindən verilən məlumata görə, jurnalist artıq sənədlərini DSK-ya təqdim edib.

Qeyd edək ki, bu dairənin hazırki deputatı Həvva Məmmədovadır. Amma H.Məmmədova hələki deputatlığa namizədliyini yenidən irəli sürməyib.

122 saylı DSK-dan indiyədək 16 nəfər namizədliyini irəli sürüb. Onlardan artıq 3 nəfəri deputatlığa namizəd kimi rəsmi qeydiyyata alınıb.

Hakim Yeni Azərbaycan Partiyası 122 saylı Xankəndi Seçki Dairəsindən vahid namizəd irəli sürməyib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü