Modern.az

Putindən ABŞ-a sərt İTTİHAM: “Eyforiyaya düşüblər”

Putindən ABŞ-a sərt İTTİHAM: “Eyforiyaya düşüblər”

Dünya

19 İyun 2015, 18:22

 

Peterburq iqtisadi forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin ABŞ əleyhinə sərt ifadələr işlədib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı Ukraynada və digər bölgələrdə baş verənlərə görə Qərbin də məsuliyyət daşıdığını deyib:

“Biz hamımız Ukrayna, İraq və digər ölkələrdəki konfliktlərdən danışırıq. Biz hamımız bunların baş verməsindən danışsaq da, bunun nəyə görə baş verdiyini demirik. Niyə Ukraynada böhran baş verdi? Mən əminəm ki, dünyada ikiqütblü siyasi sistemin süqutu, yəni Sovet İttifaqının dağılmasından sonra ABŞ eyforiyaya düşdü və qonşuları ilə mehriban qonşuluq münasibətləri qurmaq yerinə onların boş qalmış geosiyasi məkanını zəbt etməyə başladılar”.

Rusiya prezidenti düşünür ki, İkinci Dünya Müharibəsindən sonra olduğu kimi Qərb dövlətləri yaranmış geosiyasi boşluğu doldurmaq qərarına gəliblər. Putin “Adi Silahlar Haqqında” müqavilədən ABŞ-ın birtərəfli qaydada çıxmasını “yeni soyuq müharibə” və silah yarışına başlamaq üçün siqnal olduğunu deyib.      

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı