Modern.az

Kadırov 280 min dollarlıq saatından DANIŞDI

Kadırov 280 min dollarlıq saatından DANIŞDI

8 Avqust 2015, 11:51


Çeçenistan rəhbəri Ramzan Kadırov 280 min dollarlıq saatının olması ilə bağlı məlumatlara aydınlıq gətirib.

Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, çeçen lider onun daha dəyərli qiymətə saatlarının olduğunu deyib.

“Mənim dünyanın onlarla ölkəsində dostlarım var və onlar mənə tez-tez hədiyyələr verirlər. Açığı yayılan şəkillərdəki saat mənim kolleksiyamın ən bahalı saatı deyil.

Mənim üçün ən bahalı hədiyyə Çeçenistanın 1-ci prezidenti, atam Əhməd Kadırov və anam Aymani Nəsiyəevnanın verdiyi hədiyyələrdi. O hədiyyələri bütün dünya ölkələrinin qızıl ehtiyatlarına belə dəyişmərəm”.

Kadırov uşaq yaşlarından saat, soyuq silah və s. ibarət kolleksiya topladığını etiraf edib.

Bir müddət əvvəl rusiyalı jurnalistlər illik gəliri 8,2 milyon rubl (213,5 min dollar) olan Ramzan Kadırovun qolunda 280 min dollarlıq “Greubel Forsey” markalı saat aşkarlamışdılar.

Vüqar İsmayılov

    

 
Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı