Modern.az

Prezident əməliyyat olundu

 Prezident əməliyyat olundu

Dünya

20 Avqust 2015, 22:43

 

Slovakiya prezidenti Andreyu Kiske bu gün Çexiyanın Plzen şəhərində çanaq-bud oynağından əməliyyat edilib.  Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, prezident dəftərxanasının nümayəndəsi Roman Krpelan jurnalistlərə bildirib ki, Slovakiyanın rəhbəri xeyli müddətdir ağrılardan əziyyət çəkirdi.

Onun sözlərinə görə, konservativ müalicə gözlənilən nəticəni vermədiyindən yerli həkimlər prezidentə əməliyyat olunmasını təklif ediblər. Əməliyyatdan sonra prezidentin özünə gəldiyi bildirilir. Onun üç gündən sonra xəstəxanadan buraxılması gözlənilir.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü