Modern.az

OPEC prezidenti Londonda saxlanıldı

 OPEC prezidenti Londonda saxlanıldı

Dünya

3 Oktyabr 2015, 01:18

Nigeriyan keçmiş Neft naziri, hazırda OPEC prezidenti vəzifəsini tutan Diezani Allison-Madueke Londonda saxlanılıb.

Modern.az APA-ya istinadən bildirir ki, bu barədə Reuters agentliyinə Nigeriya prezidentinə yaxın mənbələr məlumat verib. 

OPEC prezidentinin nədə ittiham olunduğu hələlik məlum deyil. Nigeriya mətbuatı Allison-Maduekenin rüşvətxorluq və korrupsiya ittihamı ilə saxlanıldığını bildirib. Bununla belə Britaniya polisi faktı təsdiq etməyib. 

***

Oktyabrın 2-də Londonda saxlanılan OPEC prezidenti Diyezani Allison-Madueke zaminə buraxılıb.

OPEC prezidentinin pasportu götürülüb, ona Böyük Britaniyanın ərazisini tərk etmək qadağan edilib.

Məlumata əsasən, OPEC prezidentinə və daha dörd nəfərə rüşvətxorluq və korrupsiya ittiham edilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı