Bakıda yanğın hadisəsi qeydə alınıb.
Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda beşmərtəbəli “Neftçilər” xəstəxanasının zirzəmisində yerləşən, sahəsi 20 kv.m olan 1 otağında yığılmış 5 ədəd “Fujitsu” markalı və 4 ədəd “BEKO” markalı kondisionerlər yanıb.Otaqda yerləşən 6 ədəd elektrik lövhəsi, 1 ədəd 20 litr olan oksigen balonu və zirzəminin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az