Modern.az

Məhəmməd Əlinin ölüm xəbəri yayıldı

Məhəmməd Əlinin ölüm xəbəri yayıldı

Dünya

23 Oktyabr 2015, 13:04

Amerikalı əfsanəvi boksçu Məhəmməd Əlinin öldüyünə dair ictimai mediada ortaya atılan söz-söhbətlər təsdiqlənməyib. Modern.az xarici mediaya istinadən bildirir ki, məşhur boksçunun ailə sözcüsü Bob Gunnell iddiaların doğru olmadığını bildirib. 73 yaşındakı Əlinin sağlamlıq vəziyyətinin yaxşı olduğunu vurğulayan Gunnell boksçunun bu an evində ailəsi ilə olduğunu deyib.

Uzun müddətdir parkinson xəstəliyinə qarşı mübarizə aparan Əli son dövrdə sağlamlıq problemləri ilə gündəmə gəlib. Əsl adı Cassius Marcellus Clay Jr olan keçmiş məşhur boksçu keçən ilin dekabr ayından bu yana üç dəfə xəstəxanaya aparılıb.

İdmançının həyatını itirdiyinə dair bənzər iddialar, ictimai mediada daha əvvəl də bir çox dəfə ortaya atılıb. Boks üzrə ağır çəkidə dünya çempionluğunu 1964, 1974, 1978-ci illərdə 3 dəfə qazanan Məhəmməd Əli bu adı rəqibləri qarşısında 19 dəfə qorumağı bacarıb.

Karyeri boyunca çıxdığı 61 matçın, 56-dan qalibiyyətlə ayrılan idmançı, 1964-cü ildə İslam dinini qəbul edərək Məhəmməd Əli adını alıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü