Modern.az

Suriya müxalifəti Rusiya ilə əməkdaşlığa başladı

Suriya müxalifəti Rusiya ilə əməkdaşlığa başladı

Dünya

3 Noyabr 2015, 22:47

Rusiya Müdafiə Nazirliyi və Suriya müxalifətinin rəhbərləri "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) qarşı birgə əməkdaşlıq üçün əlaqələndirmə qrupları yaradıblar.

  Modern.az "Report"-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Andrey Kartapolov məlumat verib.  

  "Biz əlaqələndirmə üzrə işçi qrupları yaratmışıq. Onların tərkibi və vəziyyəti hazırda məlum səbəblərdən açıqlana bilməz. Qrupların İŞİD-lə mübarizə üzrə vəzifələrin həlli istiqamətində səylərinin razılaşdırılması üzrə birgə fəaliyyəti təşkil edilib", – deyə Kartapolov bildirib.  

  Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!