Modern.az

“Maşın” realiti-şousu başlayacaq

“Maşın” realiti-şousu başlayacaq

Təhsil

27 Noyabr 2010, 16:41

Azərbaycan teleməkanının ən populyar şoularından olan “Maşın” realiyi-şousu efirə qayıdır. Verilişin təşkilatçılarının verdiyi məlumata görə, dekabrın 13-dən etibarən layihə ekranlara çıxacaq. Qalmaqallı müğənnilər Röya Ayxan, Aygün Kazımovanın da şounun iştirakçıları arasında olacağı bildirilir.

Proqramda vaxtilə “Maşın şou”nun əvvəlki buraxılışlarının favoriti olan iştirakçılar olacaqlar. Bunlar Aygün Kazımova və Röyadan başqa Tarix Əliyev (Tolik), Rəqsanə İsmayılova, Nadir Qafarzadə, Abbas Bağırov, Nigar Talıbova, Vasif Məhərrəmli, teleaparıcı Aynur Talıbova, Günel Ələkbərova (“Pişik Günel”), Ceyhun İsmayılov, Teymur Əmrah, Aşıq Əli, Rəşad Dağlı, Müşfiq Şahverdiyev, Kənan M.M. və Aqil M.Quliyev iştirakçı olacaq.
Bu, şou “Maşın”ın 11-ci buraxılışı olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir