Modern.az

Xanım deputatın yataq otağına partlayıcı atıldı

Xanım deputatın yataq otağına partlayıcı atıldı

Dünya

17 Mart 2016, 14:38


Ukrayna Ali Radasının “Samopomoş” fraksiyasından olan deputat Viktoriya Voysitskaya həyatına qəsdə cəhdlə bağlı bəyanat yayıb. Modern.az xarici mediaya istinadən bildirir ki, o, insidentlə bağlı martın 17-də Facebook səhihəsində yazıb.

“Gecə evimizin ərim və 3 aylıq oğlumla yatdığımız yataq otağına içərisində yandırıcı maye olan banka atıblar. Alov ikinci mərtəbəyə qədər yüksəldi. Allaha şükür ki, mən itin hürməsindən sonra oyandım, hamı sağ qaldı”, - deputat yazıb.

Onun sözlərinə görə, yanğını əri ilə birlikdə söndürüblər. O, sui-qəsd cəhdinə görə energetika sahəsindəki korrupsiyaçılardan şübhələndiyini deyib: “Onların arasında çox sayda nüfuzlu insanlar var”.

“Batkivşina” fraksiyasından olan deputat İqor Lutsenko isə Facebook səhifəsində yazıb ki, sui-qəsd cəhdi “Ukrnaft”şirkətinin fəaliyyətinin araşdırılması ilə bağlı ola bilər: “Voysitskaya artıq iki dəfə Ukrayna Korrupsiya Əleyhinə Milli Bürosuna həmin şirkətin vergidən yayınması ilə bağlı araşdırma aparılması üçün müraciət edib”.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü