Modern.az

Ukrayna Milli Qəhrəmanına 22 il həbs cəzası verildi

 Ukrayna Milli Qəhrəmanına 22 il həbs cəzası verildi

Dünya

22 Mart 2016, 21:09

 

Rusiyada həbsdə saxlanılan Ukraynanın Milli Qəhrəmanına hökm oxunub. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Donetsk şəhər məhkəməsi Savçenkonu jurnalist İqor Kornelyuk və səs rejissoru Anton Valoşinin qətlində günahkar bilib. O, 22 il müddətinə azadlıqdan məhrum edilib və 30 min rubl dəyərində cərimələnib. Savçenkonun həbs müddəti saxlanıldığı gündən – 23 iyun 2014-cü ildən hesablanacaq.

Qeyd edək ki, prokuror 2014-cü il iyunun 17-də ruisyalı jurnalistlərin ölümündə Savçenkonun təqsirinin sübuta yetirildiyini deyib və onun ümumi rejimli cəzaçəkmə müssətində cəzasını çəkməklə 23 il müddətinə azadlıqdan məhrum edilməsini və 100 min rulb cərimələnməsini istəyib.

İstintaqın məlumatına görə 2014-cü il iyunun 17-də Luqansk vilayətinin Stukalova Balka qəsəbəsində Ukrayna ordusu Nadejda Savçenkonun verdiyi koordinatlara minomyot zərbəsi endirib və nəticədə rusiyalı jurnalistlər Anton Voloşin və İqor Kornelyuk həlak olub.

Savçenko isə onun hadisədən öncə huşsuz halda Ukrayna ərazisindən çıxarılaraq Rusiyanın Voronej şəhərinə gətirildiyini deyib.

Ukrayna prezidenti Pyotr Poroşenko Nadejda Savçenkonun azad olunmasını Rusiya qarşısındakı əsas şərtlərdən biri kimi irəli sürür.

O, Savçenkonu 2015-ci il martın 2-də Ukrayna xalqı qarşısındakı xidmətlərinə görə Ukraynanın Milli Qəhrəmanı adı ilə təltif edib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü