Modern.az

Zelenski Rusiya danışıqlarının Azərbaycanda keçirilməsini təklif etdi

Zelenski Rusiya danışıqlarının Azərbaycanda keçirilməsini təklif etdi

Ölkə

Bu gün, 13:54

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin razılığı olacağı təqdirdə danışıqlar mərhələsinin Azərbaycanda keçirilməsinə hazır olduğunu bildirib.

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra bəyanatında deyib.

"Biz Azərbaycan Prezidentinə bildirdik ki, üçtərəfli danışıqlara hazırıq. Belə danışıqlar Türkiyədə olub. Sonradan amerikalı tərəfdaşların iştirakı ilə İsveçrədə danışıqlar baş tutub. Təbii ki, biz Rusiyanın diplomatiyaya hazır olacağı təqdirdə yaxın zamanlarda belə danışıqların Azərbaycanda keçirilməsinə hazırıq", - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək